219 yeni yoluxma aşkarlanıb, 4 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 180 nəfər sağalıb.

Bu məlumatı fevralın 26-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 233989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228479 nəfər sağalıb, 3213 nəfər vəfat edib, aktiv xəstə sayı 2297 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6908, ötən müddət ərzində isə ümumilikdə 2583362 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.