Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:42
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

18:58 1.10.2020

AMN: ‘Horadiz şəhərinin mülki obyektləri artilleriya atəşinə tutulub’

“Oktyabrın 1-də saat 17.50-də Ermənistan ordusunun bölmələri Füzuli rayonunun Horadiz şəhərinin mülki obyektlərini artilleriya atəşinə tutub”

Bu məlumatı oktyabrın 1-də saat 18-18-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.

Nazirlik ondan 20 dəqiqə əvvəl isə bildirmişdi ki, oktyabrın 1-də saat 17.28-də Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən atəşə tutulub.

“Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb” - deyə məlumatda yazılmışdı.

AMN oktyabrın 1-i günün birinci yarsında da Ermənistan ərazisindən atəşə tutulduqlarını açıqlamışdı.

20:25 1.10.2020

Rusiya və Türkiyə xarici işlər nazirləri nə danışıblar?

Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, oktyabrın 1-də Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey LavrovMövlud Çavuşoğlu arasında telefon söhbəti olub.

Xəbər verilir ki, söhbət zamanı Dağlıq Qarabağda yaranmış eskalasiya təfərrüatlı şəkildə müzakirə edilib: "Nazirlər davam edən silahlı qarşıdurmadan ciddi narahat olduqlarını və hərbi əməliyyatların dərhal dayandırılmalı olduğuna dair fikir bildirmişlər".

Danışıq zamanı başqa regiondan olan qanunsuz qruplaşmalara aid yaraqlıların münaqişəyə cəlb olunmasının yolverilməzliyi vurğulanıb.

Söhbət zamanı Rusiya və Türkiyə vəziyyətin stabilləşdirilməsi üçün hərəkətlərinin koordinasiyasına hazır olduqlarını bildiriblər.

Ankara və Moskva bu məsələdə kontaktların davam etdirilməsi barədə razılığa gəliblər.

08:27 2.10.2020

Avropa Birliyi liderləri Ermənistan və Azərbaycan qüvvələrini Dağlıq Qarabağ regionunda döyüşləri dərhal dayandırmağa çağırıb.

“İnsan ölümləri, mülki əhali arasındaki itki qəbuledilməzdir. Bu münaqişə hərbi yolla həll oluna bilməz, xaricdən müdaxiləyə yol verilməməlidir”, – AB Şurası oktyabrın 2-də Brüsseldə samitdən sonra verdiyi bəyanatda bildirib.

AB 1990-cı illərin əvvəlindən münaqişənin həllində vasitəçilik etməyə çalışan ATƏT-in Minsk qrupunun həmsədrlərini dəstəklədiyini bildirib.

Türkiyə Azərbaycana “hər cür dəstək” göstərməyə hazırdır

Minsk qrupu həmsədrləri olan Fransa, Rusiya və Birləşmiş Ştatlar da oktyabrın 1-də Dağlıq Qarabağda döyüşləri dərhal dayandırmağa çağırıb.

Ermənistan və Azərbaycan qüvvələri sentyabrın 27-dən əməliyyatları bərpa ediblər, döyüşləri dayandırmağa meylli görünmürlər. Əməliyyatlarda xeyli dinc sakin olmaqla 100-dən çox insan həlak olub.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan oktyabrın 1-də deyib ki, ölkəsi Azərbaycana “hər cür dəstək” göstərməyə hazırdır. O, Minsk qrupu həmsədrlərini Dağlıq Qarabağ münaqişəsini həll edə bilmədiyinə görə tənqid edib. Prezidentin sözlərinə görə, həmsədrlər 30 ildir bu problemi gözardı etdiyindən “bu gün onların atəşkəsə çağırması qəbuledilməzdir”. Erdogan Ermənistan “işğalçılarını” mübahisəli ərazidən çıxmağa çağırıb.

1988-ci ildə Ermənistanın ərazi iddiaları ilə başlayan Dağlıq Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə bitib, 30 minədək insanın həlak olduğu bildirilir. Atəşkəs ara-sıra pozulsa da, son əməliyyatlar o vaxtdan miqyasına görə ən böyük toqquşmalar sayılır.

09:59 2.10.2020

"Madagiz ətrafındakı hakim yüksəkliklər azad edilib"

"Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib".

Bu açıqlamanı Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 2-də saat 8:44-də yayıb.

Məlumatda qeyd edilib ki, Ağdərə istiqamətində Azərbaycan qoşunları Ermənistan silahlı qüvvələrinin yerləşdiyi Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır. Habelə, bildirilib ki, Cəbrayıl-Füzuli istiqamətində Azərbaycan qoşunları qarşı tərəfin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.

"Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır", -məlumatda yazılıb.

Davamı

XS
SM
MD
LG