Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:43

«Seçki qatarı»nda növbəti debatlar


«Bu beş il ərzində posterləri sahibkarlara satmaqla, yaxşı pul qazanmaq olardı»
«Bu beş il ərzində posterləri sahibkarlara satmaqla, yaxşı pul qazanmaq olardı»
Avqustun 6-da «Azadlıq» radiosunda «Seçki qatarı»nın növbəti buraxılışı efirə getdi.
Proqramın ilk saatında baş tutan debatlarda prezidentliyə namizədini irəli sürmüş Yaşıllar Partiyasının sədri Mais Güləliyev, seçkiyə qatılmamaq qərarını vermiş Müsavat Partiyasından Qabil Hüseynli, Ana Vətən Partiyasını sədr müavini deputat Zahid Oruc qatılmışdılar.

Mais Güləliyev dedi ki, hər bir ictimai qurumun seçkiyə qatılmaq vətəndaşlıq borcudur: «İnanıram ki, bununla da biz Azərbaycan cəmiyyətində yaşıllar ideyasının yayılmasına öz töhfəmizi verəcəyik».

Qabil Hüseynli bildirdi ki, seçkidə iştirak Yaşıllar Partiyası populyarlaşmaq istəyindən irəli gəlir: «Onların hədəfi çox təvazökardır. Bu, partiyanın və onun namizədinin təbliği ilə bağlıdır. Bu partiya minimum tələblər çərçivəsində siyasi prosesində qoşulur».

Zahid Oruc isə seçkiyə gedənlərin də, onu boykot edənlərin də mövqeyinə hörmətlə yanaşdığını söylədi: «Əslində bir çox qüvvələrin seçkidə iştirak qərarından vaz keçməsi heç bir halda seçki şəraiti ilə bağlı deyildi. Bu, müxalifətin daxili problemlərinin təzahürüdür. Bəziləri güclü hakimiyyət, zəif müxalifətdən qalan boş yerləri tutmaq üçün cəhd göstərirlər. Daha onlar bunu hansı formada edəcəklər - müxalif siyasi elita qurulacaqmı, ya yox-bunu seçki prosesi göstərəcək».

Proqramın ikinci hissəsinə politoloqlar İlqar Məmmədov və Erkin Qədirli ilə seçki sahəsində baş verən son hadisələr müzakirə olundu. Onlar Prezident İlham Əliyevin öz şəkillərinin yığışdırılması barədə göstərişinə münasibət bildirdilər.

Erkin Qədirli dedi ki, prezidentin şəkillərini yerləşdirildiyi posterlərin reklam yeri çox bahalıdır. Bu beş il ərzində posterləri sahibkarlara satmaqla, yaxşı pul qazanmaq mümkün olardı. İlqar Məmmədov isə bildirdi ki, problem şəkillərin alması, ya yığışdırılmasında deyil: «Söhbət ondadır ki, bu şəkilləri yerləşdirmək ixtiyarı kimə məxsus idi? Göstəriş onu göstərdi ki, bu ixtiyar prezidentdə idi. O, yenə də ixtiyarı öz əlində saxlamış oldu».

Verilişdə mövzulara aid sorğular səsləndirildi.
XS
SM
MD
LG