Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:58

Rusiya BTC-ni bombaladı


Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə gündə 1,2 milyon barrel neft axıdılır
Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə gündə 1,2 milyon barrel neft axıdılır
Avqustun 9-u axşam Rusiyanın hərbi hava qüvvələri Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin Gürcüstandan keçən hissəsinə zərbə endirib. Məlumatı «Frans Press» Agentliyi yayıb.
Gürcüstanın Baş naziri Lado Qurqenizde deyib ki, BTC neft kəmərinin keçdiyi ərazi Rusiya təyyarələri tərəfindən bombalanıb. «Qəribədir ki, kəmərə heç nə olmayıb», - deyə o bildirib.
Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə gündə 1,2 milyon barrel neft axıdılır. Bir neçə gün öncə kəmərin Türkiyədən keçən hissəsində partlayış olub. PKK terror təşkilatı partlayışa görə, məsuliyyəti öz üzərinə götürüb. Lakin Türkiyə rəsmiləri PKK-nın bəyanatına inanmadıqlarını bildiriblər.
«bp-Azerbaijan» şirkətinin sözçüsü Tamam Bayatlı «Azadlıq» radiosuna deyib ki, Türkiyədəki hadisədən sonra Bakı-Tbilisi-Ceyhan kəməri ilə neftin nəqli dayandırılıb. Odur ki, Gürcüstandakı hərbi əməliyyatlar neftin nəqlinə təsir etmir. Bayatlı neftin nəqlinin digər marşrutlarla davam etdiyini bildirib.
Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev isə deyib ki, Azərbaycan Gürcüstanın Batumi və Kulevi limanları ilə neftin nəqlini dayandırıb.
XS
SM
MD
LG