Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:58

Əbu-Bəkr məscidində partlayış


Əbu-Bəkr vəhhabi təriqətinə mənsub şəxslərin toplaşdığı məscid kimi tanınır
Əbu-Bəkr vəhhabi təriqətinə mənsub şəxslərin toplaşdığı məscid kimi tanınır
Avqustun 17-də axşam saat 9 radələrində Bakının Əbu-Bəkr məscidində partlayış olub. İlkin məlumata görə 2 nəfər həlak olub, 11 nəfər yaralanıb. Yaralılardan 4 nəfərə ilkin yardım edilib evə buraxılıb.

Hadisə axşam saat 9 radələrində baş verib.
Nərimanov rayon prokurorunun müavini Rasim Qurbanov bildirib ki, namaz vaxtı bir nəfər pəncərədən məscidin içinə əl qumbarası atıb. Onun sözlərinə görə, qumbara kişilərin namaz qıldığı ümumi zala düşüb.

Hadisə yerində olan şahidlər «Azadlıq» radiosunun müxbirinə deyiblər ki, partlayışdan dərhal sonra 5-6 nəfər məsciddən çıxaraq əlində silah olan qara köynəkli bir nəfərin arxasınca qaçıb. Lakin həmin adamı tuta bilməyiblər.

Rasim Qurbanov məsciddə ibadət edənlərin də, ətrafdakı şəxslərin də dindirildiyini deyib:
«Burada düşmənçilik də ola bilər, terror da. Biz bütün versiyaları yoxlayırıq».

Şahidlər deyirlər ki, məscidin imamı Qamət Süleymanov da xəsarət alıb, lakin onu xəstəxanaya aparmayıblar, hadisə yerindən uzaqlaşdırıblar. Hadisə yerində olan istintaq rəsmiləri isə Qamət Süleymanovun harada olması barədə heç bir məlumat vermədilər.

Hadisə yerində Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və Daxili İşlər Naziri Ramil Usubov olublar.
Ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır.

Bir neçə il bundan əvvəl Milli Təhlükəsizlik Nazirliyinin rəsmiləri Əbu-Bəkr məscidini «vəhabi yuvası» adlandırmışdı. Məscidin rəhbərliyi isə burada ibadət edənlərin sələfi-sünnülər olduğunu, vəhabilərə aiddiyəti olmağını deyib.
XS
SM
MD
LG