Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:20

Əbülfəz Eçibəyin məzarı ziyarət edilib


«Hakimiyyət də məcbur olub bu yolu gedəcək, çünki gediləsi başqa yol yoxdur»
«Hakimiyyət də məcbur olub bu yolu gedəcək, çünki gediləsi başqa yol yoxdur»
Avqustun 22-də eks-prezident Əbülfəz Elçibəyin vəfatının 8-ci ildönümü anılıb. «Turan»ın məlumatına görə, bir sıra müxalifət partiyalarının sədrləri və sıravi üzvləri, milli azadlıq hərəkatının keçmiş fəalları Fəxri Xiyabanda Elçibəyin qəbrini ziyarət ediblər. Eks-prezidentin qəbri üstünə çiçəklər qoyulub, ruhuna fatihələr oxunub, qəbri başında dövlət himni ifa edilib.
«Əbülfəz Elçibəyə ədalətsiz münasibət davam edir və mövcud hakimiyyət hələ də onun haqlarını tapdalayır. Görünür, iqtidar Elçibəy adının uca olmasından narahatdır», - deyə AXCP sədri Əli Kərimli hakimiyyətin eks-prezidentin statusunu tanımamasına narazılığını ifadə edib.
Müsavat başqanı İsa Qəmbər isə «bizim getdiyimiz yol Əbülfəz Elçibəy yoludur», - deyib:
«Hakimiyyət də məcbur olub bu yolu gedəcək, çünki gediləsi başqa yol yoxdur».
Eks-prezident, Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy 2000-ci ilin avqustun 21-də vəfat edib.
Azərbaycanda eks-prezidentlərin statusu haqqında qanun indiyədək qəbul edilməyib.
XS
SM
MD
LG