Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:02

Sabirabadda tutulan müxalifətçilərlə görüşə icazə verilmir


Deputata deyiblər ki, hər iki şəxs polisin qanuni tələblərinə əməl etmədiyi üçün saxlanılıb
Deputata deyiblər ki, hər iki şəxs polisin qanuni tələblərinə əməl etmədiyi üçün saxlanılıb
Sabirabadda tutulan müxalifətçilərlə görüşə icazə verilmir. Yanvarın 21-də Sabirabadda «Qarabağ və Respublika Uğrunda» təşviqat qrupuna imza toplayan AXCP üzvləri Mövsüm Əsgərov və Rövşən Sadıqovu həbs ediblər. Məsələylə bağlı Sabirabaddan olan millət vəkili Pənah Hüseyn rayondadır.
Deputata deyiblər ki, hər iki şəxs polisin qanuni tələblərinə əməl etmədiyi üçün saxlanılıb və axtarış zamanı onların cibindən narkotik maddə tapılıb. Pənah Hüseyn deyilənə inanmır.
Deputat hesab edir ki, müxalifətçilər referendum əleyhinə təbliğatın qarşısını almaq məqsədiylə tutulublar.

«Qarabağ və Respublika Uğrunda» təşviqat qrupunu bir qrup müxalifət partiyası təsis eləyib. Qrup Konstitusiyaya təklif edilən dəyişikliklərin əleyhinə çıxır.
XS
SM
MD
LG