Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:48

«Müstəntiqi bağışlamaq olarmı?..»


«Müstəntiq Nağıyev Sistemin vintidir. Bu, onun şəxsi problemidir və bağışlanmaq üçün heç bir əsas vermir»
«Müstəntiq Nağıyev Sistemin vintidir. Bu, onun şəxsi problemidir və bağışlanmaq üçün heç bir əsas vermir»
«Bizim Yol»: «Məhkəmədə prokurorluq işçilərini ifşa edən, işgəncə verdiyi «Seçki məhbusları»ndan isə üzr istəyən müstəntiq Mahir Nağıyev Sistemə canla-başla qulluq edib, onun qaydalarını pozmayıb və oyununu oynayıb. Bir sözlə, Sistemin buyruq qulu olub. Ancaq bir gün işgəncələrə görə yox, rüşvət aldığı ittihamı ilə məhkum edilib»-, Məmməd Süleymanov «Müstəntiqi bağışlamaq olarmı?..» sərlövhəli yazısında belə yazır.

«…Əlbət, müstəntiq psixi sağlamdır, sadəcə «ictimai şizofreniya»nın hakim diaqnoz olduğu cəmiyyətin övladıdır. Və məhz bu cəmiyyətdə heç nəyin adı onun məzmununa uyğun gəlmir. Hər yerdə deyək ki, liberal - liberaldır, Solçu - solçudur, vicdanlı - vicdanlıdır, əclaf isə əclaf. Bizdə liberal qatı millətçi və klerikal ola bilər, kommunist - bazar iqtisadiyyatının təbliğçisi, demokrat - diktaturanın vəsfçisi, cəllad - TV-də avtoritarizmdən mühazirə oxuyan...»

«Nağıyev Sistemin vintidir. Bu, onun şəxsi problemidir və bağışlanmaq üçün heç bir əsas vermir. Həm də əvvəl-axır biz kimik ki onu bağışlayaq? Onun anlamaq olar, ancaq haqq qazandırmaq - yox. Əsas odur ki, özü özünü BAĞIŞLAMASIN...»

«Yeni Müsavat»
: «Nabucco» sammiti Azərbaycanın Qərb üçün energetik önəmini çılpaqlığı ilə ortaya qoydu. Sammitdə Azərbaycanın dövlət başçısının personasına göstərilən xüsusi ehtiram, sayğı əksər müşahidəçilər kimi, bizim də diqqətimizdən yayınmadı» - qəzetin köşə yazarı Zahid Səfəroğlu «Nabucco» və demokratiya» başlıqlı məqaləsində belə yazır.
«…İndi də keçək «əmma»ya. İş ondadır ki, Qərb dövlətlərinin məsələdə Azərbaycana qarşı həssasiyyatı həm də Azərbaycanın hakimiyyətinə qarşı olan həssasiyyatdır. Yəni Qərbdə çoxdan anlayıblar ki, mövcud hakimiyyətlə dil tapmadan, ona siyasi zəmanətlər vermədən, onunla siyasi bazarlığa getmədən neft-qaz və tranzit məsələlərində uğur qazanmaq mümkünsüzdür».

«Yeni Azərbaycan»: «Referendumda əsas şərt təbliğat-təşviqat deyil, insanların maarifləndirilməsidir». Bunu, «Yeni Azərbaycan» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Siyavuş Novruz deyib: «Bizə daxil olan müraciətlər, təşəkkür məktubları onu deməyə əsas verir ki, referendumda insanların iştirak göstəricisi 70 faizdən çox olacaq».
XS
SM
MD
LG