Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:36

Obama: «ABŞ Türkiyə ilə əlaqələri gücləndirməyə çalışır»


Ağ Evdən bildiriblər ki, Obama Türkiyə-İraq əlaqələrinin genişlənməsini təqdir edir
Ağ Evdən bildiriblər ki, Obama Türkiyə-İraq əlaqələrinin genişlənməsini təqdir edir
Amerika Türkiyə ilə əlaqələrini gücləndirməyə çalışır. Bunu Birləşmiş Ştatların prezidenti Barak Obama deyib.

Obama fevralın 16-da Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayib Ərdoğanla telefonla danışıb. Onlar Ermənistan, İraq, Yaxın Şərq məsələlərini müzakirə ediblər.

Ağ Evdən verilən məlumata görə, Obama Türkiyəylə İraqın əlaqələrinin genişlənməsini təqdir etdiyini bildirib.

Türkiyə baş nazirinin ofisindən verilən məlumata görə Ərdoğan erməni soyqrımı məsələsinin onlar üçün xüsusilə vacib olduğunu bildirib və yeni administrasiyanı ədalətli olmağa çağırıb. Ermənilərin iddiasına görə, İkinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında milyon yarım erməni qırılıb.

Ermənilər Obama administrasiyasının onların soyqırım iddiasını qəbul edəcəyinə ümid edirlər.
XS
SM
MD
LG