Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:55

Referendumda təşviqata minimum vaxt ayrıldı


MSK-nın iclasında iştirak edən müxalifət təmsilçiləri qərara etiraz ediblər
MSK-nın iclasında iştirak edən müxalifət təmsilçiləri qərara etiraz ediblər
Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 18-də keçirilən iclasında referendumla bağlı təşəbbüs qruplarının təşviqat aparması üçün vaxt müəyyənləşib.
Qruplara İctimai Televiziya və Radioda həftə ərzində cəmi 3 saat vaxt ayrılıb. Saat yarım televiziya, saat yarım isə radioda müzakirələr üçün nəzərdə tutulub. Televiziyada təşviqat işi yalnız dəyirmi masa formatında olacaq.

MSK-nın iclasında iştirak edən müxalifət təmsilçiləri buna etiraz ediblər. Onlar bu vaxtın qanunda nəzərdə tutulmuş minimum həddə olduğunu bildiriblər.

MSK-nın qəbul etdiyi təqvim planına uyğun olaraq təşviqat kampaniyası fevralın 18-də başlayıb, martın 16-da başa çatacaq.

Referendumda təşviqat işi ilə 9 təşəbbüs qrupu məşğul olacaq. Onlardan 7-si «Yeni Azərbaycan», «Şəhər», «Tərəqqi», «Hüquq və demokratiya», «Vətəndaş Cəmiyyəti», «Davamlı İnkişaf Naminə», «Zəka» referenduma çıxarılan məsələlərə müsbət, 2-si isə «Qarabağ və Respublika Uğrunda Hərəkat» və «Respublikaçılar» təşəbbüs qrupları mənfi yanaşır.

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.
XS
SM
MD
LG