Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:42

ABŞ hərbi bazasının «Manas»dan çıxarılması rəsmiləşdi


Amerika Manas bazasından Əfqanıstanda əməliyyatlara yardım üçün istifadə edirdi
Amerika Manas bazasından Əfqanıstanda əməliyyatlara yardım üçün istifadə edirdi
Fevralın 19-da keçirdiyi iclasda Qırğızıstan parlamenti Manas hava limanında Amerika bazasının bağlanması barədə qərar verib.

Amerika 2001-ci ildə açılmış Qırğızıstandakı Manas bazasından Əfqanıstanda əməliyyatlara yardım üçün istifadə edirdi.

Qırğızıstan prezidenti Kurmanbek Bakıyevin qərarına əsasən, baza 180 günə bağlanmalıdır. Bakıyev Vaşinqtonun onlara lazımi qədər pul ödəmədiyini bildirib.

Bazanın bağlanması təşəbbüsünü prezident Kurmanbek Bakiyev fevralın 3-də Moskvada rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşdən sonra açıqlamışdı.
XS
SM
MD
LG