Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:36

Müxalifət mitinqi təxirə saldı


Həsən Kərimov
Həsən Kərimov
Müxalifət partiyalarının təşəbbüs qrupları fevralın 22-nə planlaşdırılan aksiyanı təxirə salıblar.

«Respublikaçılar» və «Qarabağ və Respublika Uğrunda» təşviqat qrupları Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) ayırdığı yeri mitinq üçün məqsədəuyğun saymayıblar.

Bu barədə «Azadlıq» radiosuna AXCP sədrinin müavini Həsən Kərimov deyib:

«BŞİH-nin təklif etdiyi yerdə mitinqin keçirilməsi qeyri-mümkün hesab edildi. Ona görə 22 fevral mitinqini keçirməmək haqda qərar qəbul olundu. Qərara alındı ki, bazar ertəsi yenidən icra hakimiyyətinə müraciət edilsin. Eyni zamanda, sərbəst toplaşmaq azadlığını pozması ilə əlaqədar BŞİH-ni məhkəməyə verəcəyik».

H. Kərimov bildirib ki, toplantıda işçi qrupuna yeni aksiyanın vaxtı və yerini müəyyənləşdirmək həvalə olunub:

«Toplantıda təşviqat materiallarının forma və mətnləri ilə bağlı müzakirələr aparılıb. Regional seçki qərargahlarının yaradılması haqda qərar verilib».

«Respublikaçılar» və «Qarabağ və Respublika Uğrunda» təşviqat qrupları fevralın 22-də Bakının mərkəzi meydanlarından birində mitinq keçirməyi planlaşdırırdı. Ancaq Bakı şəhər İcra Hakimiyyəti onlara Bibiheybət qəsəbəsini təklif edib.

Azərbaycanda martın 18-də Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər üzrə referendum keçiriləcək.
XS
SM
MD
LG