Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:36

Prezidentin 250 min dollarlıq ad günü


Keçən həftənin sonu Zimbabve prezidenti Robert Muqabe 85 illik yubileyini qeyd edib
Keçən həftənin sonu Zimbabve prezidenti Robert Muqabe 85 illik yubileyini qeyd edib
Keçən həftənin sonu Zimbabve prezidenti Robert Muqabe 85 illik yubileyini qeyd edib.

Muqabenin doğma şəhəri Çinçayidə keçirilən məclis 250 min dollara başa gəlib. Səhərdən axşamacan davam edən mərasim ölkəni iqtisadi böhran bürüdüyü, bəzi bölgələrdə vəba xəstəliyi yayıldığı vaxta təsadüf edir.

İki min nəfərəcən qonağın qatıldığı məclisi yola vermək üçün yüzəcən heyvan kəsilib. Süfrəyə şampan, konyak, kürü verilib.

Muqabe mərasimdə iştirak üçün ölkənin müxtəlif yerlərindən məktəb şagirdləri də dəvət edib. Tədbirdə «Yaşasın Muqabe!» şüarları səslənib, havaya əlvan şarlar buraxılıb.

Dəbdəbəli yubiley «taun zamanı ziyafət» təəssüratı yaratsa da, həm ölkə daxilində, həm də xaricdə bir çoxları tərəfindən tənqid edilsə də, Muqabenin tərəfdarları başqa fikirdədir.

Onlardan biri, prezidentin yaxın qohumlarından olan Patrik Juvavo deyib ki, Zimbabvenin problemləri olsa da, ölkə uğrunda verdiyi qurbanlara görə, dövlət başçısına bir gün ehtiram göstərilməsinə ehtiyac var.

İki min nəfərəcən qonağın qatıldığı məclisi yola vermək üçün yüzəcən heyvan kəsilib. Süfrəyə şampan, konyak, kürü verilib...
Əslində, prezidentin ad günü fevralın 21-də keçirilməli idi.

Amma dövlət başçısının tərəfdarları mərasim üçün pul yığmaqda davam etdikləri üçün tədbir bir həftə təxirə salınmışdı.

İndi iqtisadi böhran ölkəni iflic edib, milli valyuta min dəfələrlə qiymətdən düşüb. Avqustda ölkədə vəba epidemiyası başlayıb və o vaxtdan dörd minə yaxın insan xəstəlikdən vəfat edib.

Mərasimin keçirildiyi yerdən bir kilometr uzaqlıqda hospital yerləşir. Hospitalın tibb bacıları deyirlər ki, dərmanlar olmadığı üçün xəstələrə tibbi xidmət göstərə bilmirlər.

Müxalifətdən olan Baş nazir Morqan Tsvangiray mərasimə qatılmayıb.

Bundan əvvəl Baş nazir ölkənin ehtiyac içində olan hospitallarından birinin bağlanmış reanimasiya şöbəsini ziyarət edib. O bildirib ki, şöbənin işini bərpa etmək üçün 30 min dollara ehtiyac var.

Ötən bazar günü isə Baş nazir kömək xahişi ilə Afrika liderlərinə müraciət edib. Morqan Tsvangiray deyib ki, ölkədəki təxirəslınmaz bərpa işlərinə 2 milyard dollar lazımdır.

Muqabe isə məclisdə bildirib ki, mübahisəli torpaq islahatını dayandırmayacaq. İslahatlar ağdərili fermerlərin torpaqlarının alınıb qaradərili əhaliyə verilməsini nəzərdə tutur.
XS
SM
MD
LG