Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:58

«Seçkilərin demokratik keçirilməsi Azərbaycanın marağında olmalıdır»


ATƏT-in Bakı Ofisinin rəhbəri vəzifəsini icra edən Aleksis Şahtaxtinski
ATƏT-in Bakı Ofisinin rəhbəri vəzifəsini icra edən Aleksis Şahtaxtinski
Azərbaycan referendumun beynəlxalq səviyyədə keçirilməsində maraqlı olmalıdır. Bunu ATƏT-in Bakı Ofisinin rəhbəri vəzifəsini icra edən Aleksis Şahtaxtinski deyib.

O bildirib: «Bizim məqsədimiz azad və şəffaf seçkilərin əsas prinsiplərini vurğulamaqdır. Əminəm ki, Azərbaycan referendumun keçirilməsində uğura nail olacaq».

Şahtaxtinski ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda 2008-ci ildə keçirilən prezident seçkiləri ilə bağlı hesabatını xatırladaraq bildirib ki, bu sahədə müəyyən irəliləyişlər olsa da, görüləsi işlər də var. O, deyib ki, ATƏT Azərbaycanı sadəcə tənqid etmək üçün tənqid etmir, bu konstruktiv mövqedir.

O deyib ki, ATƏT və təşkilatın Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu nə martın 18-də keçiriləcək referendumunu, nə də bu ilin axırlarındakı bələdiyyə seçkilərini müşahidə edəcək.

«ATƏT adətən parlament və prezident seçkilərini müşahidə edir. Əgər Azərbaycan tərəfindən dəvət alsaq, 2010-da parlament seçkilərini izləyəcək. ATƏT referendumu müşahidə etməsə belə, seçkilərin demokratik keçirilməsi Azərbaycanın öz marağında olmalıdır».

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.
XS
SM
MD
LG