Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:33

Ermənistanda sərhədlərin açılacağından əminliklə danışırlar


Türkiyə və Ermənistan prezidentləri Yerevanda 6 sentyabr 2008.
Türkiyə və Ermənistan prezidentləri Yerevanda 6 sentyabr 2008.
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ehtimalından narahatdırlar. Hələlik Türkiyə rəsmiləri Azərbaycanı narazı salacaq addım atmayacaqlarını deyirlər. Amma sərhədlərin tezliklə açılacağına dair söz-söhbət getdikcə artır.

«Azadlıq» radiosunun əməkdaşı Çarlz Reknaqel bu məsələ haqqında bir az daha ətraflı öyrənmək üçün Ermənistanda yerləşən Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosyanla söhbət edib. Söhbəti qısa ixtisarla təqdim edirik.

- Siz Ankara ilə Yerevan arasında danışıqların yaxınlarda bir nəticəsini gözləyən təhlilçilərdənsiniz. Buna əsasınız nədir?

- Biz hər iki tərəfdə sərhəd məsələsində dəyişikliklər görürük. Hiss edirik ki, Ermənistanla Türkiyə tarixi razılaşmaya yaxındırlar. Bu məsələdə həm Rusiyanın yardımları, həm ABŞ Dövlət katibinin, həm də prezident Obamanı Türkiyəyə yaxınlaşan səfərləri, eyni zamanda İsveçrədə Ermənistanla Türkiyə diplomatlarının müzakirələri iki ölkə arasında tarixi razılaşmanın imzalanmasına əsaslar yaradır.

- Sizcə, bu razılaşma nə vaxt elan edilə bilər?

- Biz Türkiyə mətbuatına sızan məlumatlardan da görürük ki, tərəflər aprelin 16-a qədər elan ediləcək bir qərara öz cəmiyyətlərini hazırlayırlar. Aprelin 16-da Türkiyənin Xarici İşlər naziri Ermənistana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına gələcək.

Amma mən aprelin 16-da yekun qərarın elan ediləcəyini gözləmirəm. Məncə, Türkiyə aprelin 24-dən sonranı gözləyəcək. Türkiyə Obamanın aprelin 24-də erməni qırğını ilə bağlı çıxışında bu hadisəni soyqırım adlandırmaqdan çəkindirməyə çalışır.

- Danışıqların nəticələri barədə ilkin bir məlumat varmı? Razılaşmaya nələr daxil edilə bilər?

- Razılaşmanın bir neçə elementi elan ediləcək. Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasından başlamış, diplomatik əlaqələrin qurulmasına qədər. Türkiyənin Gürcüstandakı səfirinin həm də Ermənistanda ölkəsini təmsil edəcəyi gözlənir.

Üçüncüsü, mən razılaşmada ölkələr araında problemlərin həlli üçün dövlətlərarası komissiyanın yaradılmasını gözləyirəm.

Dördüncüsü, Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə sadiqliyinə dair Türkiyənin yeni sənəd təqdim etməsinin əlamətləri görünür.

- Siz Yerevandasınız. İndiki dövrdə Ermənistanı bu cür razılaşmaya həvəsləndirən nədir?

- Əsasən ona görə ki, hazırda Ermənistanda hakimiyyət əvvəlkilərdən daha az populyar və daha az legitimdir. Bu addımla da xarici siyasətdə bir uğur əldə etmək istəyirlər. Daxili siyasətində dalana dirənən hökumətə beynəlxalq ictimaiyyətin diqqətini özünün legitimliyindəki problemlərdən yayındırmaq lazımdır.

- Bəs, Sizcə, Ankaranı bu razılaşmaya həvəsləndirən nədir?

- Biz ilk dəfədir ki, Türkiyənin milli təhlükəsizlik maraqlarının sərhədləri açmağı tələb etdiyini görürük. İraqda müharibədən sonra kürdlər yaşayan şərq regionlarından Türkiyənin narahatlığı artıb.

- Sizcə, Türkiyə-Ermənistan razılaşmasına Rusiyanın baxışı necədir?

- Avqustda Gürcüstanla müharibədən sonra burda belə fikir yaranıb ki, indi ruslar əvvəlkindən daha yardımçı mövqedədir. Türkiyə ilə sərhədlərin açılmasını ruslar həm də özlərinin iqtisadi maraqları baxımından faydalı hesab edirlər. Çünki hazırda Ermənistanın enerji və telekommunikasiya sektoruna Rusiya nəzarət edir. Bununla Rusiya həm də Gürcüstanın təcrid edilməsinə çalışır. Bu cür neqativ məqsədlərə baxmayaraq, məncə, Türkiyə ilə Ermənistan arasında razılaşma bütün tərəflərin xeyrinədir.
XS
SM
MD
LG