Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:08

Aeroportda iş rejimi gücləndirilib


Donuz qripi virusuna görə Heydər Əliyev adına beynəlxalq hava limanında iş rejimi gücləndirilib
Donuz qripi virusuna görə Heydər Əliyev adına beynəlxalq hava limanında iş rejimi gücləndirilib
Donuz qripi virusuna görə Heydər Əliyev adına beynəlxalq hava limanında iş rejimi gücləndirilib. AZAL Dövlət Konserninin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, onlar ölkəyə gələn və gedən sərnişinlər, o cümlədən xidməti işçilər arasında maarifləndirici söhbətlər aparırlar. Təyyarələr isə dezinfeksiyaedici məhlullarla təmin edilib.

M.Səfərli deyir ki, ABŞ-dan Azərbaycana birbaşa sərnişin təyyarəsi uçmur:

«Bizə ancaq texniki reyslər olur. Yükdaşıyan hava gəmiləridi, yanacaq götürmək üçün enirlər».

AZAL-ın sözçüsü deyir ki, bununla belə, ölkəyə gələn sərnişinlər sağlamlıq durumlarıyla da bağlı sorğu-suala tutulurlar. Bundan başqa, hava limanında Səhiyyə Nazirliyinin Sanitar-Karantin Xidmətinin məntəqəsi də açılıb.

Bir müddət əvvəl Meksika və ABŞ-da müşahidə olunan donuz qripinin Avropaya da keçməsiylə bağlı xəbərlər yayılıb. İspaniyada və Rusiyada Amerika qitəsindən gələn iki sərnişinin donuz qripi virusuna yoluxması şübhələri var.

Azərbaycan Dövlət Baytarlıq Xidməti aprelin 27-də Meksika və ABŞ-dan heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə məhdudiyyət tətbiq edib.


«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.
XS
SM
MD
LG