Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:30

Dünya KİV-ləri Bakı faciəsindən hansı təfərrüatları verir?


Binanın içində qabağına kim çıxırdısa, başını nişan alırdı, birinci güllədən ölməyəni ikinci dəfə vururdu
Binanın içində qabağına kim çıxırdısa, başını nişan alırdı, birinci güllədən ölməyəni ikinci dəfə vururdu
Hücum edənlər neçə nəfər olub? Say haqda mübahisəli məlumatlar var. Ancaq «Assoşieyted Press» yazır ki, onun müxbirinin söhbətləşdiyi şahidlər bir adamdan danışıblar.

Şahid ifadələrinə görə, hücum edən alçaq boylu bir şəxs olub. Binanın içində qabağına kim çıxırdısa, başını nişan alırdı, birinci güllədən ölməyəni ikinci dəfə vururdu. Kimi vurduğuna isə fərq qoymurdu. İstər müəllim olsun ya tələbə və yaxud da xidmətçi.

«İnterfaks» yazır ki, həlak olanlar arasında onların əməkdaşı Anar Əzizovun Neft Akademiyasında müəllim işləyən anası da var.

«Assoşieyted Press» Neft Akademiyası haqda da məlumat verir. Vaxtilə Neft və Kimya İnstitutu adlanan bu Akademiyada Rusiyanın ən böyük neft şirkəti «Lukoyl»un prezidenti Vahid Ələkbərov, Anqola prezidenti Jose Eduardo dos Santos, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev, Stalin dövründə məxfi xidmətlərin rəhbəri Lavrenti Beriya təhsil alıblar.
XS
SM
MD
LG