Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:16

Barak Obamanın ilk 100 günü


Aprelin 29-da ABŞ prezidenti Barak Obama prezidentliyinin ilk 100 gününə dair mətbuat konfransı keçirib
Aprelin 29-da ABŞ prezidenti Barak Obama prezidentliyinin ilk 100 gününə dair mətbuat konfransı keçirib
Aprelin 29-da ABŞ prezidenti Barak Obama prezidentliyinin ilk 100 gününə dair mətbuat konfransı keçirib. Öz çıxışında ABŞ prezidenti bir fikri vurğulayıb ki, onun atdığı addımlarla heç də hamı razılaşmaya bilər, lakin əsas olanı odur ki, onun prezidentliyi dövründə gördüyü işlərə nəzər salanlar görə bilərlər ki, o, məhz seçki kampaniyası dövründə verdiyi vədlərin yerinə yetirilməsi istiqamətində işləyib.

Jurnalistlərin ilk suallarından biri donuz qripi və ABŞ-ın bu virusun yayılmasının qarşısını almaq üçün Meksikailə sərhədlərin bağlanması mümkünlüyü barədə olmuşdur. Prezident Obama bu suala cavab verərək demişdir ki, onun komandasındakı mütəxəssislər Meksika ilə sərhədlərin bağlanmasına qarşı çıxıblar. Belə ki, virus artıq ABŞ ərazisinə keçib və belə bir şəraitdə Meksika ilə sərhədləri bağlamaq «atlar tövlədən qaçdıqdan sonra tövlənin qapılarını bağlamağa bənzəyərdi».

ABŞ prezidenti bəyan etmişdir ki, ABŞ qüvvələri İraqı tərk etməzdən əvvəl bir sıra məsələlər öz həllini tapmalıdır. Bu sıraya neft gəlirlərinin İraq daxilində nə cür bölüşdürüləcəyi, yerli hökumətlərin səlahiyyətlərinin aydınlaşdırılması, həmçinin İraqdakı kürd, sünni və şiə icmaları arasında münasibətlərin necə qurulacağı məsələləri daxildir
Barak Obamanın mətbuat konfransı ABŞ konqresinin hər iki palatasının ABŞ üçün 3,4 trilyon dollarlıq büdcəni təsdiq etməsindən cəmi bir neçə saat sonra baş tutmuşdur. Mətbuat konfransında ABŞ konqresinə büdcəni təsdiq etdiyi üçün təşəkkürlərini bildirən prezident Obama bəyan etmişdir ki, yeni büdcə ABŞ iqtisadiyyatını gücləndirəcək «yeni özül» olacaq. ABŞ prezidenti konqresə bir daha müraciət edərək onu Obama administrasiyasının səhiyyə və yeni enerji mənbələri proqramlarını müdafiə etməyə çağırmışdır.

Barak Obama həmçinin avtomobil sənayesindəki böhranın nəticələri barədə optimizm ifadə edərək bildirmişdir ki, ABŞ-ın əsas avtomobil şirkətləri, o cümlədən Kraysler şirkəti bankrotluq elan etmədən hazırkı böhrandan keçib gedə biləcək.

Barak Obama İraqdakı vəziyyət barədə danışarkən bildirmişdir ki, son vaxtlar İraqda zorakılıq bir qədər artsa da, ümumən bu ilin göstəriciləri keçən ilə nisbətən İraqda daha az zorakılığın olduğunu göstərir. Barak Obama bildirmişdir ki, ABŞ qüvvələrinin İraqı tərk etməsi planları dəyişməz olaraq qalacaq. Bununla belə ABŞ prezidenti bəyan etmişdir ki, ABŞ qüvvələri İraqı tərk etməzdən əvvəl bir sıra məsələlər öz həllini tapmalıdır. Bu sıraya neft gəlirlərinin İraq daxilində nə cür bölüşdürüləcəyi, yerli hökumətlərin səlahiyyətlərinin aydınlaşdırılması, həmçinin İraqdakı kürd, sünni və şiə icmaları arasında münasibətlərin necə qurulacağı məsələləri daxildir.

Mətbuat konfransında soruşulan vacib suallardan biri ABŞ-da terrorçuluqda şübhəli bilinən şəxslərə işgəncə tətbiqi barədə olmuşdur. Jurnalistlər Barak Obamadan soruşmuşlar ki, Barak Obama əsirlərə qarşı su prosedurundan istifadəni (ingiliscə-waterboarding) işgəncə hesab edirmi və əgər bu belədirsə onun fikrincə ABŞ-ın keçmiş administrasiyası bilərəkdən işgəncə praktikasını qəbul etmiş sayılırmı? Barak Obama öz cavabında bildirmişdir ki, bu prosedurdan istifadəni işgəncə hesab edir. Keçmiş administrasiyanın bu məsələdə siyasətinə qiymət verərkən isə ABŞ prezidenti demişdir: «Arxasında hansı hüquqi məntiqin durmasından asılı olmayaraq, bu səhv idi».

Barak Obama keçmiş vitse-prezident Dik Çeyninin terrorçulara qarşı məlum vasitələrdən istifadə etməklə onlardan çox vacib məlumatlar alındığı və həmin məlumatların ABŞ-ın milli təhlükəsizliyini təmin etdiyi fikrini şərh edərək bildirmişdir ki, o, operativ məlumatları nəzərdən keçirərkən özü üçün aydınlaşdırmışdır ki, əsirlərin keçmiş administrasiya tərəfindən müdafiə olunan üsullarla sorğulanmasının ənənəvi üsullarla həyata keçirilən sorğulama metodlarından daha effektiv olduğunu görməmişdir.

İngiltərənin keçmiş baş naziri Uinston Çörçilin ikinci dünya müharibəsi dövründə belə bu metodlardan istifadə etməyi yasaq etməsini qeyd edən Barak Obama bəyan etmişdir ki, «Çörçil başa düşürdü ki, əgər qısa yolar axtarsan, vaxt keçdikcə bu insanlarda olan ən yaxşı hissləri çürüdə bilər» və «bu ölkənin xarakterini çürütmüş olar». Barak Obama məhz buna görə həmin sorğulama metodlarını yasaqladığını bəyan etmişdir.

Pakistan barədə verilə suallardan biri ondan ibarət idi ki, Obama Amerika xalqını əmin edə bilərmi ki, öz içində Talibanla vuruşan Pakistanın malik olduğu nüvə silahları terrorçuların əlinə keçməyəcək və lazım gəlsə, bunu təmin etmək üçün ABŞ hərbi qüvvələri gərəkən addımları atacaq. Barak Obama cavab olaraq demişdir ki, Pakistanın nüvə silahlarının terrorçu əllərinə keçməyəcəyinə Amerika xalqını əmin edə bilər, ilk növbədə ona görə ki, Pakistan ordusu və hökuməti başa düşür ki, belə bir ssenari Pakistan üçün hansı təhlükələri törədə bilər. ABŞ hərbi qüvvələrinin bu işdə mümkün istifadəsinə gəlincə, ABŞ prezidenti bildirmişdir ki, hipotetik suallara cavab vermək istəmir.

ABŞ prezidenti ABŞ daxili siyasətinə və respublikaçılar partiyası ilə demokratlar partiyası arasındakı münasibətlərə dair də bəzi suallara cavab vermişdir.
XS
SM
MD
LG