Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:52

AŞPA məruzəçisi Azərbaycanda 1 milyon qaçqın olmasına inanmır


Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali üzrə məruzəçisi Con Qrinvey
Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali üzrə məruzəçisi Con Qrinvey
Avropa Şurasının 47 üzvündən 11-də qaçqın və məcburi köçkün problemi var. Həmin ölkələrin payına düşən qaçqın və məcburi köçkünlərin sayı isə 2 milyon 800 min nəfərdir.

Bu rəqəmləri mayında 8-də Azərbaycana səfərinin yekunlarıyla bağlı Bakıda keçirdiyi mətbuat konfransında AŞPA-nın Miqrasiya, Qaçqınlar və Əhali üzrə məruzəçi Con Qrinvey deyib. Onun sözlərinə sayca ən çox qaçqın Türkiyədə olsa da, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmadığından üzv ölkələr üzrə qaçqınlarla bağlı ən ağır, ən çətin vəziyyət Azərbaycandadır.

Con Qrinveyə görə, Azərbaycanda müəyyən iqtisadi inkişaf olduğundan qaçqınlarla bağlı müəyyən işlər görülüb, hansı ki, digər 11 ölkələrin eləsi var ki, onlarda bu imkanlar yoxdur.

Məruzəçiyə görə, onlar qaçqın və məcburi köçkünlərlə bağlı dörd il əvvəl hesabat hazırlayıblar. Dörd il əvvəllə müqayisədə indi xeyli dəyişikliklər olduğunu deyən cənab Qrinveyə görə, əgər o vaxt Azərbaycandan adamlar harasa gedirdisə indi müxtəlif ölkələrdən olan qaçqınlar Azərbaycana gəlməkdədir.

Con Qrinvey miqrantların və qaçqınların vəziyyətilə bağlı iyun ayında AŞPA-ya hesabat təqdim edəcək.

Con Qrinvey Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı ilə bağlı jurnalistlərin sualından yayınıb. Azərbaycandakı qaçqınların sayı barədə dəqiq məlumata malik olmadığını deyən məruzəçi 1 milyon rəqəmilə də razılaşmadığını bildirib. Bir milyon qaçqının Türkiyədə olduğunu deyən Con Qrinveyə görə, Azərbaycandakı qaçqınların sayının 500 mindən bir qədər çox olduğunu bildirib.
XS
SM
MD
LG