Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:21

Bu işlərdə bir anlaşılmazlıq var


Prezident Serj Sarkisian və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan. İsveçrə, 29 yanvar 2009
Azərbaycana səfərindən sonra baş nazir Ərdoğanın verdiyi açıqlamalara baxın. O Ermənistanla münasibətlərdəki fəsadların Qarabağ probleminə bağlı olduğunu təkrarlamaqla kifayətlənmədi, Türkiyədə işləmək üçün icazəsi olmayan ermənilərin ölkədən çıxarıla biləcəklərini deyərək sərt mesajlar verdi.

Ermənistandan gələn açıqlamalar da sərtləşdi. Nə oldu-münasibətlərdəki açılmalardan danışarkən birdən «kəllə-kəlləyə gəlməyə» başladıq? 24 apreli yola verdik, ABŞ prezidenti Obama Konqresdə «soyqırım» sözünü demədi; bizim istədiyimiz də elə bu idimi?

Ermənistanla münasibətlərdəki açılmaların eni-uzunu buraya qədər idimi? Qafqazın sabitliyi və Türkiyənin region ilə münasibətləri baxımından bu qədər önəmli bir məsələdə xarici siyasət üfüqü bu qədər qısa müddətli və günü xilas etmə yönündə ola bilərmi? Ərdoğan açıqlamalarından sonra Türkiyənin Ermənistan ilə problemlərin həllinə dair «yol xəritəsi»ni müzakirə etməkdən vaz keçdiyinə dair heç bir işarə də vermədi. Demək-proses davam edir. Ancaq sıxıntılı şəkildə davam edir. Çünki bu sərt mesajlar, kəskin açıqlamalar gizli müzakirələri aparan diplomatlara təsir göstərməsə də, ictimaiyyətlərə təsir göstərir, siyasəti prosesin kənarına atır.

Erməni məsələsinin həlli Azərbaycanla çiyin-çiyinə irəliləyən bir proses olmalı idi. Elə olduğu irəli sürüldü - ancaq nə Azərbaycan, nə Türkiyə, nə də Ermənistan ictimaiyyətləri nəzər-diqqətə alındı. Ermənistan ilə «yol xəritəsi» məsələsində təxminən iki ildir ki, müzakirələr aparılmasına baxmayaraq, baş nazir Azərbaycana neçə dəfə getdi? Prezident Gül, Ermənistana futbola baxmağa gedəndə Bakıda hansı işlər görüldü?

Təbii ki, Türkiyə ictimaiyyətinə də veriləcək mesajlar önəmlidir. Baş nazir «Lazım gələrsə, biz erməniləri geriyə göndərərik»-, deyə milliyyətçi damara hava vurarsa, xalq «Ermənistanla münasibətlərdəki açılmaları» anlaya bilərmi?
XS
SM
MD
LG