Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:30

Qeyri-sabit hava kənd təsərrüfatına necə təsir göstərəcək?


Mütəxəssislər yağışlar üzüm və pambığa mənfi təsir göstərəcəyini deyirlər
Mütəxəssislər yağışlar üzüm və pambığa mənfi təsir göstərəcəyini deyirlər
«Azərbaycanda davam edən yağmurlu hava şəraiti tərəvəz həmçinin, bir sıra meyvə və yem bitkilərinə müsbət təsir göstərəcək».

Bunu «Azadlıq» radiosuna Azərbaycan Dövlət Aqrar Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri Zaur Hümbətov deyib.

Onun sözlərinə görə, bu il məhsuldarlığın bol olacağı gözlənilir. Xüsusilə havalar iyun ayının ilk on günlüyünə kimi küləksiz, narın yağmurlu, sonra isə isti və quraqlıq keçməsi bir çox məhsulların daha çox bar verməsinə səbəb olur.

Z.Hümbətov bu il əsasən çərdəkli meyvələrin az olacağını bildirdi. Bu isə həmin meyvələrin mayalanma dövründə havaların yağmurlu, dumanlı və rütubətli keçməsi ilə əlaqədardır.

Samux Ərazi Kənd Təsərrüfat İdarəsinin rəisi Ziyad Abbasov bu cür hava şəraitinin meyvə, tərəvəz və taxıl üçün ziyanı olmadığını, lakin əsasən üzüm və pambıq bitkiləri üçün əlverişsiz olduğunu dedi. Belə ki, yağmurlu hava şəraitində yayılan ziyanvericilər bu bitkilərin inkişafına mənfi təsir göstərir.
XS
SM
MD
LG