Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:58

Iranda müxalifətçiləri güllələyən Bəsicilər kimlərdir?


Isfahandakı Bəsic üzvləri. 2008
Isfahandakı Bəsic üzvləri. 2008
“Bəsic” sözünün mənası “kütləvi səfərbərlik” kimi tərcümə olunur. Bəsicilər 1980-ci illərdə - İran-İraq müharibəsi dövründə səfərbərliyə alınan könüllülər idi.

Bu yarımhərbi dəstə üzvlərinin bəziləri müharibə zamanı cəbhədə qoşunlara yol açmaq üçün minalanmış sahələrə girərək həlak olurdular. İranda həmin şəxsləri şəhid sayırlar.

BƏSİCİN YENİDƏN FƏALLAŞMASI 1990-CI İLLƏRƏ TƏSADÜF EDİR

Onlar o vaxt hakimiyyətdə olan islahatçı prezident Məhəmməd Xatəmiyə qarşı mübarizədə mühafizəkarları dəstəkləyir, həm də 1999-cu ildəki tələbə etirazlarını boğmağa kömək edirdilər.

Hazırda İran boyu Bəsic üzvlərinin sayının bir neçə milyona qədər olduğu deyilir. Onların çoxu kasıb ailələrdəndir. Bəsici olmaq onlara kiçik müavinət almaq, hərbi xidmətə çağrılmamaq, universitetə imtahansız qəbul olunmaq imkanı verir.

Bu günlər Tehran küçələrində, rəsmi məlumata görə, 17 nəfər ölüdürülüb, bu qətllərin bəziləri müxalifətçilərin yürüş marşrutu üstündə yerləşən Bəsic klublarının ətrafında baş verib.

Britaniyanın 4-cü kanalı Bəsic yaraqlısının Tehrandakı binanın damından etirazçılara atəş açmasını lentə alıb. 15 iyun 2009
Bəsic yaraqlıları Tehranda məscidlərdə yaratdıqları klublarda toplaşırlar. Onlar etirazçıları özlərini qorumaq məcburiyyəti qarşısında öldürdüklərini iddia edirlər.

Hər gecə mülki geyimli Bəsicilər öz motosiklləri ilə etirazlardan sonra evlərinə dağılışan müxalifətçiləri təkləyib “cəzalandırırlar”. Müxalifətçiləri ya yerindəcə döyür, ya da sürüyüb yaxınlıqdakı məscidlərin hamamlarına aparırlar.Onlarin

CƏZA ALƏTLƏRİ DƏYƏNƏK, ARMATUR VƏ ZƏNCİRDİR

Müxalifət lideri Mirhüseyn Musəvi öz saytında aksiyaların dağıdılmasına etirazını bildirəndə onu da qeyd eləmişdi ki, mülki geyimli Bəsic yaraqlıları etirazçılara qarışır və müxalifətçiləri qızışdırıb zorakılıq törətməyə sövq etməyə çalışırlar.

Ali dini lider Xamənəyi küçə nümayişlərinə son qoymağa çağırandan sonra Bəsicilərin ayağı bir az da yer alıb.

Onların özləri Xamənəyinin xalqa müraciətindən əvvəl də qüvvələrini müxalifətçilərə qarşı səfərbər edəcəklərini bildirmişdilər.

Bəsicin özü məhdud hərbi təlim keçib, amma həm bu qrup, həm də onun “xaç atası” – hərbi qrup olan İnqilab Qvardiyası İranın dini rejiminin dayağıdır. Amma İnqilab Qvardiyasının cəmi 150 min üzvü var.

Qvardiya 30 il qabaq İslam inqilabı zamanı ruhanilərə müxalif olan başqa siyasi qrupları sıradan çıxarmışdı.

İNQİLAB QVARDİYASI “SİYASİ ORDU” OLARAQ QALIR

və müstəqil bir təşkilat olaraq statusu İran ordusundan yüksəkdir.

Bəsicin qadın üzvləri Tehranda Ordu günü ilə bağlı paradda, 18 aprel 2009
Hazırda Bəsic və İnqilab Qvardiyasının “şinel”indən çıxaraq ən irəli gedən şəxs prezident Mahmud Əhmədinejaddır. Onlar prezident seçkiləri zamanı Əhmədinejada tam dəstək verirdilər.

Seçki kampaniyası zamanı İnqilab Qvardiyasının siyasi rəhbəri Yadollah Cavani bəyanat verərək Musəvini “məxməri inqilab” niyyətindən əl çəkməyə çağırmış və xəbərdarlıq etmişdi ki, həmin cəhd “beşikdə boğulacaq”.

Əhmədinejadın hakimiyyətə gəlməsindən sonra Bəsic və İnqilab Qvardiyasının xeyli fəalı yüksək vəzifələr aldı. İndi 21 nazirin 14-ü ya Bəsic, ya da İnqilab Qvardiyasının yetirməsidir. Bəzi ekspertlər “hərbçilərin” getdikcə dövlət aparatında ruhaniləri daha çox sıxışdırmasına diqqəti çəkirlər.

Hətta belə bir ehtimal da irəli sürənlər var ki, günlərin bir günü İranda hərbi diktatura bərqərar ola, ən azı hakimiyyət Rusiyadakı kimi “silovik”lərin tam nəzarətinə keçə bilər.
XS
SM
MD
LG