Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:53

Azərbaycanın bütün səfirləri Bakıya çağırılıb


Azərbaycan Xarici İşlər Nazirliyi 1918-ci ilin mayın 28-də yaradılıb
Azərbaycan Respublikasının xaricdəki bütün diplomatik korpuslarının rəhbərləri Bakıya dəvət olunublar. Onlar Azərbaycanda diplomatik xidmətin yaranmasının 90 illiyi münasibəti ilə keçiriləcək yubiley tədbirlərində iştirak edəcəklər. Bu barədə «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib.

O bildirib ki, diplomatlar iyulun 6-da ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin yerləşdiyi Gəncə şəhərinə gedəcəklər, daha sonra isə Naxçıvan Muxtar Respublikasında olacaqlar.

İyulun 8-i isə XİN Bakıda Diplomatik Akademiyada Azərbaycanın xarici siyasətinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək. Son yubiley tədbiri isə iyulun 9-da olacaq. Həmin gün diplomatlar Şəhidlər və Fəxri xiyabanları ziyarət edəcəklər, Dövlət Neft Şirkətinin binası önündə lövhə asılacaq. Xalq Cümhuriyyətinin xarici siyasət idarəsi həmin binada yerləşib.

Azərbaycan Xarici İşlər Nazirliyi 1918-ci ilin mayın 28-də yaradılıb, ilk nazir isə Məmmədhəsən Hacınski olub. Bu vaxta kimi Azərbaycanın xarici siyasət idarəsinə 15 nazir başçılıq edib.
XS
SM
MD
LG