Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:28

Gəncləri polis idarəsinin arxa qapısından apardılar


Gənclər hərəkatı fəalları Emin Milli və Adnan Hacızadəni Səbail Rayon Polis İdarəsinin arxa qapısından çıxardaraq prokurorluğa aparıblar. Bu barədə idarənin qarşısına yığışan jurnalistlərə polislər məlumat verib.

Emin Millinin vəkili Elton Quliyev deyib ki, prokurorluqdan sonra məhkəmə başlayacaq.

Gənclər hərəkatı fəalları Emin Milli və Adnan Hacızadə iyulun 8-də paytaxtın «Livan» restoranında idmançı görkəmli şəxslərin hücumuna məruz qalıb. Polis onları 48 saat müddətinə saxlamışdı.

Emin Milli və Adnan Hacızadəyə hücum etdiyi bildirilən şəxslər 1983-cü il təvəllüdlü, Füzuli rayonundan olan Babək Hüseynov və 1984-cü il təvəllüdlü, Ağdam rayonundan olan Vüsal Məmmədovdur.

Gənclərin həbsi ilə bağlı şərhiniz varsa Forumda iştirak edə bilərsiniz
XS
SM
MD
LG