Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:56

ABŞ Baza Prinsiplərinin detallarını açıqlayıb


Prezidentlər Sankt-Peterburqda, 5 iyun 2009
Prezidentlər Sankt-Peterburqda, 5 iyun 2009
Ağ Evin mətbuat xidmətinin bir qədər əvvəl yaydığı məlumatda 2007-ci ildə Madriddə Rusiya, ABŞ və Fransanın xarici işlər nazirlərinin təklif etdiyi prinsiplərin əsas mahiyyəti açıqlanıb. Bu prinsiplər Helsinki Son Aktına, gücün tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqluq və öz müqəddəratını həll etmək hüququna əsaslanır. Ağ Evin mətbuat xidməti Madrid Prinsiplərinin konkret maddələrini də açıqlayıb.

1. Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması

2. Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilməsi

3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması

4. Dağlıq Qarabağın yekun statusunu müəyyənləşdirəcək hüquqi səlahiyyəti olan arzunu ifadə etmək hüququ

5. Bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ

6. Sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi

Ağ Evin bəyanatında deyilir ki, Baza Prinsiplərinin Ermənistan və Azərbaycan tərəfindən dəstəklənməsi həm iki ölkə, həm də region üçün əhatəli sülhün, stabilliyin və firavanlığın yaranmasına səbəb olacaq.

«Böyük səkkizlər»in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozi həmsədrlərə 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırıblar:

«Biz öz vasitəçilərimizə təlimat verdik ki, Madrid Sənədinin son tamamlanmış variantını prezidentlərə təqdim etsinlər. Biz Azərbaycan və Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək Baza Prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırırıq». /APA/
XS
SM
MD
LG