Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:28

Türkiyədə ilk dəfə ordu generalları məhkəmə qarşısına çıxıb


Silivri məhkəməsi qarşısında «Ergenekon»la bağlı həbs olunanları müdafiə edənlərin aksiyası. İstanbul, 2008
Silivri məhkəməsi qarşısında «Ergenekon»la bağlı həbs olunanları müdafiə edənlərin aksiyası. İstanbul, 2008
«Ergenekon» adı verilən məhkəmə prosesinin ikinci ittihamnaməsində «Silahlı terror təşkilatı qurmaq, idarə etmək və hökuməti qeyri-leqal yollardan devirməyə cəhd etmək»də günahlandırılan 56 şübhəli şəxsin məhkəmə prosesi başlayıb. İttiham edilən şəxslər arasında istefada olan ordu generalları Şener Eruygur ve Hurşıt Tolon da var.

Məhkəmə prosesi İstanbulun Silivri qəsəbəsində başlayıb.

Məhkəməyə iki ordu generalı ilə yanaşı jurnalistlər, keçmiş rektorlar, QHT rəhbərləri, iş adamları da cəlb edilib.

1909 səhifədən ibarət olan prokurorluq ittihamnaməsində ordu generalları Eruygur və Tolona 3 dəfə ağırlaşdırılmış həbs cəzası verilməsi tələb edilir.

«Ergenekon» adı verilən məhkəmə prosesinin ilk iclası keçən il oktyabrın 20-də keçirilib. Birinci ittihamnamə ilə 48 şübhəli şəxs hakim qarşısına çıxarılıb. Prosesdə indiyə qədər məhkəmə hökmü ilə həbs edilən 20 şübhəli şəxs sərbəst buraxılıb. Proseslə bağlı üçüncü prokurorluq ittihamnaməsinin bu yaxınlarda məhkəməyə göndərilməsi gözlənilir.
XS
SM
MD
LG