Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:53

İlham Əliyev yeni iş yerləri barədə danışıb


İlham Əliyev
İlham Əliyev
«Azərbaycanda ilin ilk 6 ayında inflyasiya 3,7 faiz olub. Bu dövrdə əhalinin pul gəlirləri 19 faiz, orta aylıq əməkhaqqı 15 faiz artıb». Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin ilk 6 ayının sosial-iqtisadi yekunları ilə bağlı toplantısında deyib. Xəbəri AzərTAc yayıb. Hökumətin toplantısı iyulun 22-də keçirilib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanda ilin ilk ayında 35 min iş yeri yaradılıb. Onlardan 25 mini daimidir.

Prezident bildirib ki, görülən tədbirlər nəticəsində qlobal iqtisadi böhranın Azərbaycana təsiri minimuma endirilib.

Prezident onu da deyib ki, Azərbaycanda neft-qaz hasilatı artıb. İlin birinci yarısında ümumi daxili məhsul 3,6 faiz olub. Qeyri-neft sektorunda artım isə 4,1 faiz olub.
XS
SM
MD
LG