Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:50

Türkmənbaşı 500 milyon dollar rüşvət istəyirdi


Saparmurat Niyazov
Saparmurat Niyazov
Xəzəryanı ölkələrdə insan haqları pozulanda və Qərb buna kəskin reaksiya verəndə, yerli hakimiyyətlər bunu narazılıqla qarşılayırlar ki, haqdır da, qoruna da bilər, pozula da bilər, hərənin yanına bir keşikçi qoymayacağıq ki. Burda problem - haqqa Qərbdə və bu ölkələrdə tamamilə müxtəlif qiymətlərin verilməsidir. İstər insan haqqı olsun, istər biznes haqqı.

Qazaxıstan prezidenti Nazarbayevin bir neft məsləhətçisi vardı - Yohannes Deus. 20-ci əsrin ən dahi neft alverçisi hesab olunan Deus ilk böyük pulları irqçi Cənubi Afrikaya qaçaqmal yolu ilə neft satmaqla qazanmışdı. O vaxt Cənubi Afrikaya neft satmağa BMT embarqo qoymuşdu.

Steve LeVine «Neft və təmtəraq» kitabında yazır ki, müstəqilliyin əvvəlində Qazaxıstanın pula böyük ehtiyacı var idi.

Nazarbayev özünün neft məsləhətçisi Deusdan soruşub ki, «pulu hardan tapaq?»

Deus məsləhət görüb ki, haqq yaradıb, satmaq olar. Məsələn, neft axtarışına və istehsalına eksklüziv haqqı Mobilə 100 milyon dollara satmaq olar. Nazarbayev təəccüblənib ki, bir haqqa 100 milyon?

DEUS DEYİB Kİ, «SIZIN YERİNİZƏ OLSAM, 150 MİLYON İSTƏYƏRƏM».

Az sonra Qazaxıstanla Mobil arasında müqavilə imzalandı - Qazaxıstan eksklüziv haqqı Mobilə 145 milyona satdı.

Steve LeVine-nın kitabında çox suallara cavab var. Məsələn, neft müqaviləsi imzalananda orda pay bölgüsü göstərilən yerdə həmişə 2-3 adsız-sansız şirkət var ki, hərəsinə 2-3 faiz pay ayrılır. Sual yaranır ki, bunlar kimdir?

LeVine yazır ki, SSRİ dağılandan dərhal sonra Qazaxıstanda qorxu var idi ki, aclıq olacaq, pul da yoxdur taxıl almağa. Qazaxıstanın baş nazirinə Deus deyib ki, «Oman sultanı dostumdur, 100 milyon dollar almaq problem deyil». Qazaxlar buna inanmayıblar. Çünki bundan qat-qat azını istəyəndə BP verməyib.

Ancaq nümayəndə heyəti Omana gedəndə görüblər ki, burda sultan da, neft naziri də, maliyyə naziri də Deusla dostdurlar. Tezliklə 100 milyon dolları alıblar.

Sonradan Qazaxıstan Tengiz yatağından neft daşınmasını Oman Oil-a verəndə işin içində olmayanlar soruşurdular ki, Oman Oil kimdir? Oman Oil Deusla Omanın kral ailəsinin birgə şirkəti idi.

«ƏSRİN KONTRAKTI»NDA DA RAMCO-YA 2 FAİZ AYRILIB. RAMCO KİMDİR?

Bu, Azərbaycana gələnə kimi adi neft adamı olan Steve Rempin şirkətidir. Azərbaycan ona 2 faiz ayırmaqla minnətdarlığını bildirib ki, BP-ni Azərbaycana gətirib, çünki məsələn, Shell gəlmədi. BP isə minnətdarlığını bildirib ki, onu Azərbaycana Remp aparıb.

Son 15 ildir ki, mübahisələr gedir ki, Türkmənistan Azərbaycan vasitəsilə üzü Avropaya ötürülmək üçün qaz verəcək yoxsa yox? Məntiqlə verməli idi, çünki Türkmənistan Rusiyanın blokadasında idi. LeVine-nın kitabı bu suala da cavab verir. Vaxtilə Türkmənistan prezidenti Türkmənbaşı türkmən qazını verməyə 500 milyon dollar rüşvət istəyib.

Yada Azərbaycanın bir zavodu düşür. Qərb şirkətləri deyirdilər ki, gəlin bu zavodu modernləşdirək. Pis gündə olan zavod buna görə rüşvət istəyirdi.
XS
SM
MD
LG