Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:24

«Çox təəccübləndim-ermənilərlə barışıq kimi olmasın»


Gül keçən ilin sentyabrında Yerevana gedərkən irəliyə hər hansı şərt sürdümü?
Gül keçən ilin sentyabrında Yerevana gedərkən irəliyə hər hansı şərt sürdümü?
İndi matça gedirik. Matç yaxşı bir fürsətdir. Bir halda ki, barışacağıq - onda barışmanı matçla başlayaq.

Eyni qrupdayıq

Amerika əvvəldən bəri təzyiq göstərir. Avropa Birliyi «illah da barışıq» deyərək onsuz da baraban çalır. Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması üçün Ankaraya təzyiq ardınca təzyiq edilir. Normallaşmanın barometri - Türkiyə-Ermənistan sərhəd qapısının açılmasıdır...

Bəxtə baxın - barışıq ayağımıza gəlir. Dünya futbol çempionatının qrup matçlarında biz Ermənistanla eyni qrupdayıq. Cədvələ əsasən, əvvəlcə bizim komanda oraya gedəcək, sonra onlar bizə gələcəklər. İlk matç keçən ilin sentyabrında Yerevanda idi. Prezident Abdullah Gül bu barışıqda rolu öz üzərinə götürür. Böyüklük nümayiş etdirərək ilk dəfə prezidentimiz Yerevana getməyi qərarlaşdırır. Necə ki, gedir. Tam bir xarici siyasət manevri. Şans hazır şəkildə qucağa gəlib, bu fürsət qaçılmaz. Yerevanda çox yaxşı qarşılanır. 100 illik düşmənçiliyin artıq axırına çıxılır. Alqışdan bizim medianın əlləri qabar olarkən, Amerika və Avropa mediasından «Çox yaxşı oldu, yerinə düşdü» avazları yüksəlir.

Diplomatik dillə desək, işin mahiyyətində həqiqətən yaxşı bir demarş vardır. Ancaq əkdiyini biçmək şərti ilə. Bu, çox mühümdür. Atdığın addım yerinə düşəcək. Yerinə düşməsi üçün bunu əvvəlcədən yaxşı hesablayacaqsan.

Belqrad fiaskosu

Ermənistan prezidenti Serj Sarkisyan bir neçə gündür ki, Serbiyada rəsmi səfərdə idi. Srağagün axşam BBC-yə baxırdım. Dünyanın kameraları Belqrada yönəlir. Sarkisyanın mətbuat konfransını verirlər. Orada bir jurnalist yerli-yersiz Sarkisyana bu sualı verir: «Türkiyə ilə futbol matçınız var. Siz oyuna baxmaq üçün Türkiyəyə gedəcəksinizmi?»

Ermənistan prezidentinin cavabı: «Əgər türklər qapını açsa, gedərəm».

Aaaaaa. Qulaqlarıma inana bilmirəm. Sarkisyan gəlmək üçün söz verməmişdimi? Gül keçən ilin sentyabrında Yerevana gedərkən irəliyə hər hansı şərt sürdümü? Çox ayıbdır, çox, Sarkisyan. Sarkisyan bu cavabında ciddidirsə, bizim «barışıq gəmimiz» yan tərəfə əyilir, «barışıq gəmisi»nə su dolur. Tam fiasko.

Atalaya dərslər

Bu günlərdə hamımızın ürəyi kürdlərlə barışıq ilə yanıb külə dönür. İnanaraq barışmaya cəmiyyətin bir çox təbəqəsi dəstək verir. Bu barışmada iki əsas gözlənti var:

1. Qısa müddətdə silahlar susacaq.

2. Uzun perspektivdə kürd problemi həmişəlik həll ediləcək.

Bunun şərti - toplumun bütün təbəqələri ilə açıq dialoqdur.

Ancaq ermənilərlə yaxınlaşmada görürük ki, əks tərəf gözlənilməz şəkildə «atı yoxuşa sürür». Daxili işlər naziri Bəşir Atalaya özünün keçirdiyi mətbuat konfransının mətnini bir daha oxumasını tövsiyə edirəm. İki səbəbdən:

1. Dedikləri realdırmı, dediklərini özü və üzvü olduğu hökumət həqiqətən həyata keçirəcəkmi? Yoxsa, işin hansısa mərhələsində bir bəhanə göstərərək «Olmadı, yenidən başlayırıq» deyəcək?

2. Sarkisyanın çarpaz vuruşundan dərs almaq lazımdır. İşlər bir anda tərsinə dönə bilir. Xəyalların bu şəkildə puç olmasına qarşı görülə biləcək tədbirlər varmı?

Demokratik Toplum Partiyası ümidlə və səbirlə görüşü gözləyir.
XS
SM
MD
LG