Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:22

Müharibədən bir il ötür


Avqustun 7-si Gürcüstan-Rusiya müharibəsinin başlanmasının bir illiyidir
Avqustun 7-si Gürcüstan-Rusiya müharibəsinin başlanmasının bir illiyidir
Avqustun 7-si Gürcüstan-Rusiya müharibəsinin başlanmasının bir illiyidir. Bununla bağlı Gürcüstan prezidenti Mixeil Saakaşvilinin xalqa müraciəti gözlənilir. Bütün ölkə üzrə anım mərasimləri keçiriləcək, müharibə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bir il bundan qabaq münaqişənin episentri olan Cənubi Osetiya da xatirə tədbirləri keçirəcək, separatçı bölgənin lideri Eduard Kokoyti çıxış edəcək.

Bir həftədir ki, Cənubi Osetiya ətrafında gərginlik yenidən artır. Tərəflər bir-birini kiçik-miqyaslı hücumlarda və təxribatda günahlandırır.

Avqust müharibəsindən sonra Rusiya hər iki separatçı region – Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Rusiyanın ardınca bu addımı Nikaraqua da atıb.

XS
SM
MD
LG