Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:50

Azad Rəhimov bloqqerlərin həbsinə münasibət bildirib


Azad Rəhimov
Azad Rəhimov
Gənclər və İdman naziri Azad Rəhimov bloqqerlərin həbsinə münasibət bildirib.

Gənclərin həbsdən buraxılmasıyla bağlı ombudsmanın müraciətilə tanış olduğunu deyən nazir, inanır ki, ədalətli məhkəmə keçiriləcək.

A.Rəhimov məsələni siyasətə çevirməyin düzgün olmadığını deyib:

«Ermənistanda seçkilərdən sonra insan ölümü və digər müxtəlif hadisələr oldu, üstündən heç bir gün keçməmiş bütün dünya sakitləşdi. Amma Azərbaycanda iki nəfər həbs edilir, bunun ətrafında aylarla müzakirələr aparılır. Şəxsən mən Azərbaycanı sevən bir adam kimi dünya mətbuatının bu mövqeyini başa düşə bilmirəm və onlarla razı deyiləm».

Nazir Adnan Hacızadəni tanımasa da, Eminlə Milli ilə şəxsən tanış olduğunu, onun tədbirlərdə iştirak etdiyini yaxşı xatırladığını deyib:

«Eminin bir gün ərzində çox maraqlı və müxtəlif istiqamətlərdə bir-birindən fərqli mövqeyi ola bilər. O, bir mövzunu gah belə fikirləşir, gah da görürsən 180 dərəcə dönür. Bu baxımdan da mən inanıram ki, onların «Livan» restoranında davası düşüb. Orda kim birinci davanı başlayıb, kim birinci söz atıb, mən orda olmadığımdan bir şey deyə bilmərəm. Digər iki nəfər kimdir, onlar nə ediblər, bilmirəm».
XS
SM
MD
LG