Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:35

Azərbaycanlılar beynəlxalq müşahidəçilərin rolunu yüksək qiymətləndirirlər


ATƏT müşahidəçiləri Bakıda səsverməni izləyirlər, 15 oktyabr 2008

«Əgər bir ölkədə seçkilərin ədalətli keçirilməsi ilə bağlı narahatlıq varsa, beynəlxalq müşahidəçilərin gəlməsi daha yaxşı olar».

Bu cür cavabı WorldPublicOpinion.org-a rəyi soruşulan azərbaycanlılar deyib. Əslində, bu sual tək Azərbaycanda verilməyib, dünyanın 17 ölkəsinin əhalisinə eyni sual ünvanlanıb. Ancaq Azərbaycanda digər ölkələrdən daha çox beynəlxalq müşahidəçilərin önəmli olması qeyd olunub.

AZƏRBAYCANLILARIN 83 FAİZİ «HƏ» DEYİB


Daha dəqiq desək, WorldPublicOpinion.org soruşub ki, «Necə hesab edirsiniz əgər seçkilərin ədalətli keçməsi ilə bağlı narahatlıqlar varsa, ölkə BMT müşahidəçilərini seçkiyə dəvət etməlidirmi?». Azərbaycanlıların 83 faizi deyib «hə». Azərbaycandan sonra Keniya (82%) və Britaniya (81%) müşahidəçilərin gəlməsini müsbət qiymətləndirib.


Ötən il Dmitri Medvedevi prezident seçən ruslar isə beynəlxalq müşahidəçilərin dəvət olunmasına bir o qədər isti baxmır. Hindlilər kimi, rəyi soruşulan rusların cəmi 45 faizi bu məsələyə müsbət baxıblar. Rusların 40 faizi müşahidəçilərin gəlməsini istəmir, 15 faizi isə suala cavab verməyə çətinlik çəkib.

WorldPublicOpinion.org-un ikinci sualı isə belə olub: «Ölkələr beynəlxalq müşahidəçilərin seçkiləri monitorinq etməsindən faydalana bilərmi?».

Bu dəfə azərbaycanlıların 71 faizi deyib ki, «hə», faydalana bilər. 16 faizi deyib «yox», 14 faiz cavab verməkdə çətinlik çəkib.


«BAX BUDUR AZƏRBAYCAN REALLIĞI»

«Demokratik Seçkilərə Dəstək» İctimai Birliyinin rəhbəri Çingiz Dadaşov deyir ki, müşahidəçilərin seçkiləri müşahidə etməsi müsbət haldır, amma onlar də gərək öz səlahiyyətlərini bilsin:

- Beynəlxalq müşahidəçilər gedir məntəqələri gəzir, onun əlində dislokasiya yoxdur. Müşahidəçilər öz səlahiyyətlərini bilməlidirlər. Yerli müşahidəçilərlə sıx iş birliyi qurmalıdırlar. Ancaq çox təəssüflər olsun ki, bunu etmirlər. Onlar birlisiniz niyə Azərbaycana gəlirlər? Görüntü yaradırlar ki, gəldik-getdik, missiyamızı yerinə yetirdik. Bax budur Azərbaycan reallığı.

WorldPublicOpinion.org-un rəy sorğusunda isə beynəlxalq vasitəçilərdən faydalanmağın mümkünlüyünü daha çox keniyalılar deyib (85%). Ruslar və hindlilər bu dəfə də müşahidəçilərə şübhə ilə yanaşıblar. Hindlilərin 38 faizi, rusların isə bir qədər çox - 43 faizi müşahidəçilərin işindən ölkələrinin xeyir götürə biləcəyinə inanır.

«KÖHNƏ DEMOKRATLARIN DA ÖZ PROBLEMLƏRİ VAR»

Qərbin demokratik ölkələrinin bir qismi isə vasitəçilərdən faydalana bilməyəcəyini deyir - ABŞ, Fransa, Britaniya kimi. Almaniyada isə çoxluq beynəlxalq müşahidəçilərin tərəfindədir – 46 faiz.

Sorğunu keçirən WorldPublicOpinion.org-un rəhbəri Stiven Kull hesab edir ki, Əfqanıstan və İranda seçkilərlə bağlı mübahisələr xəbərlərdə dominantlıq etdiyi bir vaxtda, köhnə demokratların da öz problemləri var. Məsələn, Floridada seçki vaxtı bülletenlərdən kağızın tam qoparılması səbəbindən yaranan mübahisə kimi.

Stiven Kull əlavə edir ki, bütün dünyada insanlar beynəlxalq müşahidəçilərə seçkilərdəki qeyri-müəyyənliyi aradan qaldırmaq üçün müraciət edir.
XS
SM
MD
LG