Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:30

Türkiyə səfirliyi Azərbaycan ictimaiyyətinə müraciət edir


«Heç bir münasibətlər Türkiyə-Azərbaycan əməkdaşlığından vacib ola bilməz»
«Heç bir münasibətlər Türkiyə-Azərbaycan əməkdaşlığından vacib ola bilməz»
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları azad edilmədən Türkiyə və Ermənistan arasında sərhədlərin açıqlması müzakirə mövzusu ola bilməz. Türkiyənin Bakıdakı səfirliyinin oktyabrın 12-də yaydığı bəyanatda belə deyilir.

Bəyanatda qedy olunur ki, səfirlik Türkiyə və Ermənistan arasında oktyabrın 10-da protokolların imzalanmasından sonra, Azərbaycan mediasında Türkiyə-Ermənistan sərhədlərinin açılması haqda yazırlaı təəssüf hissi ilə qarşılayır.

Bu üzdən səfirlik Azərbaycan ictimaiyyətinin nəzərinə çatdırmaq istəyir ki, “Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın da dəfələrlə qeyd elədiyi kimi, Qarabağın işğalı sonrasında bağlanan Türkiyə-Ermənistan sərhədi Azərbaycanın torpaqlarının işğalına son verilməyincə açılmayacaq və bu, müzakirə mövzusu da ola bilməz".

Bəyanatda vurğulanır ki, “Xarici İşlər naziri Ahmed Davutoğlunun da dediyi kimi, heç bir münasibətlər Türkiyə-Azərbaycan əməkdaşlığından vacib ola bilməz. Türkiyə-Ermənistan sərhədinin açılması uzun müddətli prosesdir və bundan ötrü Dağlıq Qarabağ və Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsi tələb olunur”.

Türkiyənin Azərbaycandakı səfirliyinin bəyanatında sonda bildirilir ki, “qardaş Azərbaycan xalqının Türkiyəyə güvənməsini, yanlış və məqsədli xəbərlərə etibar etməməsini gözləyirik”.

MÖVZUNU ŞƏRH ET
XS
SM
MD
LG