Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:45

Azərbaycan bayrağına qadağa götürüldü


Azərbaycan bayrağı
Azərbaycan bayrağı
Türkiyə-Ermənistan futbol matçının keçiriləcəyi Bursa şəhərinin valisi Şahabettin Harput qarşılaşmaya Azərbaycan bayrağının buraxılmasına icazə verildiyini açıqlayıb.

«Yaxşı niyyətli, təvazökar olaraq özbaşına yanında Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan bayrağı daşıyanlara, hər hansı bir maneə olmayacaq», - deyə vali bildirib.

O deyib ki, əsas məqsədləri Azərbaycan bayrağından istifadə edərək bəzi şüarlarla Türkiyə-Azərbaycan əlaqələrinə, Türkiyə-Ermənistan açılım müddətinə zərər verə biləcək bəzi səhv hərəkətlərə mane olmaqdır. Valinin sözlərinə görə, hər hansı siyasi şüarlar olmadığı təqdirdə Azərbaycan bayrağına mane olmayacaq.

Bundan əvvəl Azərbaycan bayrağının stadiona buraxılmayacağı bildirilirdi.

Türkiyə-Ermənistan futbol matçı oktyabrın 14-də keçiriləcək. /ANSPress /


MÖVZU ƏTRAFINDA GEDƏN MÜZAKİRƏLƏRİ BURADA İZLƏYƏ BİLƏRSƏN

XS
SM
MD
LG