Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:28

«Hər üç xəstənin vəziyyəti təhlükəli deyil»


Hələ ki «donuz qripi» virusuna yoluxma ilə bağlı yeni hadisə qeydə alınmayıb.
Səhiyyə Nazirliyində şöbə müdiri Viktor Qasımov deyir ki, Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə olunan üç xəstə ilə bağlı da hər hansı bir təhlükəli vəziyyət yoxdur.

«Müalicə olunan birinci xəstənin vəziyyətində müsbət dinamika davam edir. Digər iki xəstənin vəziyyəti isə kafidir».

Noyabrın 4-də bir, ötən gün isə Azərbaycanda daha 2 nəfərdə «donuz qripi» virusu aşkarlanıb.

Onlardan biri orta yaşlı qadındır. Bu qadın bir müddət əvvəl qatarla Ukraynadan Azərbaycana gəlmiş və noyabrın 4-də H1N1 virusunun daşıyıcısı olduğu aşkarlanan xəstənin qohumudur.

Digər virus daşıyıcısı isə Bakı sakini, 30 yaşlı kişidir. O da bu günlərdə Ukraynadan Azərbaycana gəlib.

Noyabrın 4-də virus aşkarlanmış ilk xəstə də daxil olmaqla hazırda Bakıdakı Ağ Ciyər Xəstəlikləri İnstitutunda 3 nəfər «donuz qripi» virusundan müalicə olunur.

Bu ilin yayında Fransa və Böyük Britaniyadan gələn daha 2 Azərbaycan vətəndaşında H1N1 xəstəliyi aşkarlanmışdı.
XS
SM
MD
LG