Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:34

Ağ ayılar təhlükədədir


Berlin zooparkında ağ ayı, 30 dekabr 2007
Berlin zooparkında ağ ayı, 30 dekabr 2007
Qlobal istiləşmə ağ ayıların yarıdan çoxunu məhv edə bilər. Ümumdünya Vəhşi Təbiət Fondunun mütəxəssisləri xəbərdarlıq edirlər:

Arktik buzların əriməsi ağ ayılar üçün o qədər öldürücü olacaq ki, 2050-ci ildə Rusiyanın şimal sahillərində və Alyaskadakı ağ ayılar məhv olacaqlar.

Məlumdur ki, buz ağ ayılara onların əsas yemi olan suitiləri ovlamaq üçün lazımdır.

Ağ ayıların ildən-ilə azalmalarının səbəbi isə qlobal istiləşmədir. İndi dünyada 20-25 min arası ağ ayı var. Alimlərin proqnozlarına görə, 40 il müddətində onların üçdə ikisi yox olacaq.

Ağ ayılar əsasən Rusiya, Qrenlandiya, Norveç, ABŞ, Kanada və Alyaskada yaşayırlar.

Onların müxtəlif ölkələrdə vəziyyətləri də fərqlidir. Rusiyada ağ ayılar 1956-cı ildən «Qırmızı kitab»a düşüb. Elə ən yaxşı vəziyyətdə olanlar da Rusiyadakı ağ ayılar sayılır. Bütövlükdə hər il dünyada 1000-ə yaxın ayı məhv olur.

Ümumdünya Təbii Mühit Fondunun Berinq dənizi üzrə proqram direktoru Marqaret Ulyams deyir ki, iqlim dəyişikliyi özü bir çox şeylərin dəyişməsində də böyük rol oynayır. Məsələn, ağ ayılar quruya çıxmağa başlayırlar. Quruda daha çox vaxt keçirməyə başlayırlar. Həmin vaxtsa ayıların ovlanmasına daha çox şərait yaranır.

Ağ ayılar bütün dünyada nəsilləri kəsilmək təhlükəsi qarşısında olduqlarından onların qorunması üçün 1973-cü ildə ağ ayılar haqqında beynəlxalq saziş imzalanıb.
XS
SM
MD
LG