Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:22

Avropa Birliyi Azərbaycana öhdəliklərini xatırladır


Birlik rəhbərliyi bir daha demokratik institutların inkişaf etdirilməsində Azərbaycana yardım etməyə hazır olduğunu bildirib
Birlik rəhbərliyi bir daha demokratik institutların inkişaf etdirilməsində Azərbaycana yardım etməyə hazır olduğunu bildirib
Avropa Birliyi (AB) Emin Milli və Adnan Hacızadənin həbsindən təəssüflənir. Birlik rəhbərliyi adından yayılan bəyanatda deyilir ki, Azərbaycanda ifadə azadlığının vəziyyəti pisləşməkdə davam edə bilər.

AB təəssüflənir ki, məhkəmə dinləmələri zamanı müvafiq hüquqi proseduralar olmayıb.

Birlik rəhbərliyi xatırladır ki, Azərbaycan ATƏT və Avropa Şurasına qoşularkən, həmçinin AB ilə münasibətlərdə demokratik prinsiplərə, yaxşı idarəetmə, insan haqları və qanunun aliliyinə hörmət edəcəyi barədə öhdəliklər götürüb.

Birlik rəhbərliyi bir daha demokratik institutların inkişaf etdirilməsində Azərbaycana yardım etməyə hazır olduğunu bildirib.

Noyabrın 11-də bloqqerlər Emin Milli və Adnan Hacızadəyə 2 il yarım və 2 il iş kəsilib.

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG