Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:36

Andreas Qross bloqqerlərin həbsini biabırçılıq adlandırıb


Andreas Qross və Əli Əkbər
Andreas Qross və Əli Əkbər
«Bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsi biabırçılıqdır», - Avropa Şurasının Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andreas Qross belə deyib.

O, İsveçrədə Azərbaycan Mədəniyyəti ili çərçivəsində noyabrın 16-da Basel Universitetində geniş dinləyici auditoriyası qarşısında «Neftdən zəngin, demokratiyadan yoxsul Azərbaycan» mövzusunda 2 saata yaxın məruzə edib.

Andreas Qross Azərbaycan hakimiyyətini kəskin tənqid edib. Avropa Şurasında təmsil olunan 47 ölkə içərisində ən rəzil durumda olan ölkənin Azərbaycan olduğunu bildirib. O, eyni zamanda Azərbaycanda demokratik qüvvələrin əzm və qərarlılıqla mübarizə və mücadilə aparmaqda olduğunu deyib və bunu sevindirici hal kimi qiymətləndirib.

Andreas Qross hazırda Avropa Şurası ölkələrinin öhdəliklərin yerinə yetirilməsi üzrə müşahidə komitəsinin üzvüdür.

Xuliqanlıqda təqsirləndirilən bloqqerlər Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq-müdafiə təşkilatları onlara qarşı irəli sürülən ittihamları qondarma adlandırır və bloqqerlərin azadlığa buraxılmasını tələb edir.

Cənab Gross daha sonra festivalda iştirak edən yazıçı Əli Əkbərlə də görüşüb.

Yazıçının «Artuş və Zaur» romanının İsveçrədə alman dilində təqdimatını keçiriləcək.

MÖVZU İLƏ BAĞLI FORUMDA MÜNASİBƏTİNİZİ BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG