Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:41

Müsəlman müəllim, tələbə Darvin nəzəriyyəsinə niyə inanmır?


Moskvada Darvin Muzeyi, 9 mart 2006
Moskvada Darvin Muzeyi, 9 mart 2006
Birləşmiş Əmirliklərdəki Amerika Universitetində fizika professoru Nidal Qasım işlədiyi universitetin 100 tələbəsi və 100 müəllimi arasında sorğu keçirib.

DARVİNİN NƏZƏRİYYƏSİNƏ İNANMAYANLAR CƏMİ 10 FAİZDİR

Məlum olub ki, universitetin müsəlman tələbələrinin və müəllimlərinin 62 faizi Darvinin təkamül nəzəriyyəsini sübut olunmuş nəzəriyyə hesab etmir.

Müqayisə üçün, universitetin qeyri-müsəlman müəllim və tələbələri arasında Darvinin nəzəriyyəsinə inanmayanlar cəmi 10 faizdir.

Professor sorğunun nəticələrini Misirdə British Councilin təşkil etdiyi mətbuat konfransında açıqlayıb.

Nidal Qasım deyib ki, onun sorğusunun nəticələri Tunis, Misir, Türkiyə, Malayziya, Pakistan kimi müsəlman ölkələrindəki nəticələrə oxşardır. Həmin ölkələrdə orta hesabla müsəlman müəllim və tələbələrin cəmi 15 faizi Darvinin nəzəriyyəsinə inanır.

Britaniyanın «Times» qəzeti yazır ki, mətbuat konfransında Nidal Qasım deyib: «Bu, çox ciddi problemdir. Bu, ona oxşayır ki, mən, fizika və astronomiya müəllimi sinfə girib, tələbələrə deyim ki, planetlər, ulduzlar bir günə yaradılıb. Onlar arasında cazibə və başqa əlaqələr yoxdur. Biz insanların 21-ci əsrə elmdən bixəbər getməsinə yol verməməliyik».

«DARVİNDƏN DİNİN ƏLEYHİNƏ HEÇ VAXT BİR SÖZ BELƏ EŞİTMƏMİŞƏM»


«Times» tarixi faktları sadalayır. Darvinin dostu Con Brodi İnnes yazırdı ki, «Darvindən dinin əleyhinə heç vaxt bir söz belə eşitməmişəm». Darvin öz təkamül nəzəriyyəsini dinin əleyhinə olan nəzəriyyə hesab etmirdi. O, təbiətşünas kimi öz yolu ilə gedirdi».

1925-ci ildə Amerikada orta məktəbin yuxarı sinfində Darvinin nəzəriyyəsini şagirdlərə danışdığına görə Con Skopsu məhkəməyə çəkdilər. Tennessi ştatının qanunu insanın yaradılması haqda «Tövrat»da deyiləndən savayı hər hansı bir nəzəriyyəni tədris etməyi qadağan edirdi.

1968-ci ildə Amerikanın Arkanzas ştatında tələbələrinə təkamül nəzəriyyəsini tədris etdiyinə görə Susan Eppersonu dərs deməkdən uzaqlaşdırdılar. Ancaq Amerikanın Ali Məhkəməsi Eppersonun lehinə qərar çıxartdı.

Dünyanın yaradılması nəzəriyyəsinə inananlar 2008-ci ildə Türkiyədə ateist Riçard Doukinsin vebsaytını bağlatmağa nail oldular.
XS
SM
MD
LG