Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:28

Yerevan Bakıya xəbərdarlıq etdi


Ermənistan prezidentinin mətbuat katibi Samvel Farmanyan deyib ki, əgər Dağlıq Qarabağda gərginlik artarsa, Ermənistan ya bölgənin müstəqilliyini tanıyacaq, ya da bölgə ilə qarşılıqlı yardım haqda müqavilə bağlayacaq. (İnterfaks; Azadlıq Radiosunun Ermənistan Xidməti)

Farmanyan deyib ki, onlar indiyəcən Dağlıq Qarabağın müstəqilliyini yalnız sülh danışıqlarına ziyan dəyməməsi üçün tanımayıblar.

“Əgər danışıqlar prosesi dayansa və hərbi əməliyyatlar başlasa, heç bir şey Dağlıq Qarabağın müstəqilliyini tanımağımızın qarşısını ala bilməyəcək.

Dağlıq Qarabağla bağlı gərginliyin artması ən arzuolunmaz nəticə olardı.

Bu, Qarabağ, Ermənistan və ümumilikdə region üçün ən arzuolunmaz variantdır.

Amma Ermənistan Qarabağ xalqının gələcəyinə biganə qala bilməz. Ona görə də Ermənistan prezidenti və başqa rəsmilər dəfələrlə deyiblər ki, onlar Qarabağın təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar.

İndiki reallıq belədir ki, danışıqlar davam edir. Ermənistan həmişə deyib ki, münaqişənin sülh yolu ilə həllinə alternativ görmür. Ermənistan düşünür ki, danışıqlar yolu ilə dinc və əhatəli həll variantı tapmaq mümkündür".

Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev deyib ki, əgər onun Ermənistan prezidenti ilə Münxen görüşü də nəticə verməzsə, sülh danışıqlarına ümidlər tükənəcək. Onun sözlərinə görə, Azərbaycan münaqişənin hərbi yolla həllini heç vaxt istisna etməyib.
XS
SM
MD
LG