Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:46

600-dən çox bələdiyyə sədri məsuliyyətə cəlb olub


Bu il 600-dən çox bələdiyyə sədri haqqında inzibati məsuliyyət tədbiri həyata keçirilib. YAP-ın rəsmi internet səhifəsində bu barədə məlumat yerləşdirilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirib ki, bütün bunların həyata keçirilməsində məqsəd bələdiyyələrin işinin yüksək səviyyədə təmin olunmasına və yerli özünüidarəetmə orqanlarının vətəndaşlara daha yüksək səviyyədə xidmət göstərməsinə şərait yaratmaqdır.

Onun sözlərinə görə aparılan araşdırmalar nəticəsində, 2009-cu il ərzində 26 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntusu aşkar edilib.

Azərbaycanda dekabrın 23-də sayca üçüncü bələdiyyə seçkiləri keçiriləcək. Birinci seçki 1999-cu ildə, ikincisi 2004-cü ildə keçirilib.
XS
SM
MD
LG