Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:24

"Tezliklə 12-ci imam zühr edəcək"


Əhmədnejad Şərqi Azərbaycan ostanına səfəri zamanı. 19.11.2009
Əhmədnejad Şərqi Azərbaycan ostanına səfəri zamanı. 19.11.2009

"Amerika isə bunu əngəlləmək istəyir". Belə iddialarla çıxış edən İranın prezidenti Mahmud Əhmədnejad və onun tərəfdarları əmindilər ki, bu ilahi hadisəni təmin edəcək ölkə İrandır. Bir şərtlə ki, bu ölkədə hamı islam rəhbərliyinin ətrafında sıx birləşsin.

İRAN PREZİDENTİ ƏMİNDİR Kİ, TEZLİKLƏ 12-Cİ İMAM ZÜHR EDƏCƏK

Ötən həftə İsfahanda çıxış edərkən İran prezidenti bildirib ki, onun əlində sübutlar var ki, Amerika Birləşmiş Ştatları imamın gəlişinin qarşısını almağa cəhd edir.

Əhmədnijadın bu çıxışının videosu İranın hökümətyönlü saytında yerləşdiriləndən sonra surətlə internet şəbəkəsində yayılmağa başlayıb.

“Biz elə bilirdik ki, İraqı işğal etməklə onlar (Amerika) neft ehtiyyatlarını nəzarətə götürmək istəyirlər. Əslində isə onlar bilirlər ki, tezliklə bu regionda nəsə baş verəcək – ilahi bir qüvvə peyda olub dünya tiranyasının zülmünə son qoyacaq”, - deyən Əhmədnejad əlavə edir ki, - “onlar bilirlər ki, İran imamın gəlməsinə yol açır və zühr edəndən sonra onun qulluğunda duracaq”

İMAM MEHDİ ƏSLİNDƏ ÖLMƏYİB, ALLAH TƏRƏFİNDƏN GİZLƏDİLİB

Şiə müsəlmanlarının dini etiqadının üzvi bir hissəsi də 12-ci imamla bağlıdır. Onlar əmindirlər ki, 896-cu ildə dünyaya gələn Mehdi əslində ölməyib. Sadəcə olaraq, Allah tərəfindən gizlədilib ki, sonradan peyda olaraq insan övladını xilas etsin, zülmə son qoyaraq dünyada ədalət yaratsın.

Yüz illərlə imam Mehdiyə səcdə edən şiə-müsəlmalardan fərqli olaraq Əhmədnejad və onun tərəfdarları əllərini-əllərinin üstünə qoyu səbrlə imamın nə vaxt zühr etməsini gözləmirlər. Onların fikrincə imam Mehdinin gəlişinə hazırlaşmaq gərəkdir və bunun yolu İran cəmiyyətini bir yumruq kimi toplayan rejim yaratmaq lazımdır. Bunun üçünsə, öz növbəsində hakimiyyətyönlü islahatçı islamçılardan tutmuş, millətçi və demokratik düşüncəli fərdlər və qruplara qədər bütün potensial müxalifəti darmadağın edilməlidir.

ƏHMƏDNEJADIN HAKİMİYYƏT MƏNBƏYİ XALQ DEYİL, İLAHİ QÜVVƏLƏRDİR

Ruhani sistemin ən yüksək pilləsində Əhmədnejadın əsas arxası sayılan Ayatollah Mesbah Yazdi son prezident seçkilərindən sonra elan etmişdi ki, İslam rejiminin legitimlik mənbəyi xalqın səsi deyil, ilahi missiyanın tələbidir. O xüsusi fitva imzalayaraq İranın seçki komissiyalarına sərəncamlar göndərmişdi ki, İslam sisteminin xilası naminə “anti-islam” qüvvələrinin səslərini dəyişsinlər.

Beləliklə, hazırda İranda gedən geniş reperssiya dalğası imam Mehdinin adı ilə həyata keçirilir. 30 illik klerikal hakimiyyətin tarixində ilk dəfə Əhmədnejadın prezidentliyi dövründə şiə-müsəlmanlarının inanc mənbəyindən siyasi məqsədlərlə istifadə olunur.

Lakin iyun seçkilərindən sonra İranda tez-tez Əhmədnejad əleyhidarlarının etiraz nümayişləri olur. Güclü nəzrətə, kütləvi həbslərə və sərt cəza tədbirlərinə baxmayaraq bu nümayişlərdə yüz minlərlə adam iştirak edir.

Yəni doğrudanmı, bu qədər adam 12-ci imamın təzahürünü istəmir.

Siz necə, imam Mehdinin zühruna, ümumiyyətlə messiyaya inanırsınızmı?

Azad Avropa/ AzadlıqRadiosunun siyası şərhçisi Abbas Cavadi ilə müsahibə əsasında yazılıb

XS
SM
MD
LG