Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:03

Landsbergis: Bu, Azərbaycan hakimiyyətinə bir xəbərdarlıqdır


Lithuania -- Vytautas Landsbergis, EU Parliament member, 03Jun2009
Lithuania -- Vytautas Landsbergis, EU Parliament member, 03Jun2009
Litvanın keçmiş prezidenti Vitautas Landsbergis bu gün Avropa Parlamentində müzakirəyə çıxarılması ehtimal edilən “Azərbaycanda insan haqlarının pozulmasını pisləyən” qətnamə layihəsinin təşəbbüskarlarından biridir, o, Avropa Parlamentində Avropa Xalq Partiyasını (xristian-demokratlar) təmsil edir.

Landsbergis hesab edir ki, Azərbaycan mətbuat azadlığı və demokratikləşmə sahəsində öhdəliklərinin yerinə yetirilməsində nəzərəçarpacaq irəliləyiş nümayiş etdirmir.

“Qısa müddət ərzində Azərbaycanda vəziyyətin pisləşməsini göstərən xeyli hadisə baş verib və bu, Azərbaycanın Avropa Birliyində formalaşan yaxşı imicinə ziyan vurur”. Landsbergis belə hallara xarici radiostansiyaların FM tezliyindən çıxarılmasını, jurnalistlərin həbsini göstərir.

Qətnamə layihəsi Azərbaycan hökumətini “jurnalistlərə qarşı zorakılıqların dərindən araşdırılmasına, günahkarların cəzalandırılmasına” çağırır.

Landsbergis bildirib: ”Biz Azərbaycanı daimi inkişaf prosesində görmək istərdik. Çox istərdik ki, Azərbaycan bütün məsələlərdə, o cümlədən media azadlığı sahəsində standartlada Avropa Birliyinə yaxınlaşsın.

Əgər bu standartlara əməl olunmursa, biz bu barədə iradımızı dostlarımıza bildirmək istərdik.

Bu qətnamə də bir xəbərdarlıqdır”.

Landsbergis deyir ki, Azərbaycan Avropa yolu seçibsə, buna sadiq olmalıdır.

“Azərbaycanda qanunların tətbiqi məsələsində Rusiyadakı vəziyyəti xatırladan çoxlu hadisələr baş verir. Azərbaycan seçim etməlidir ki, o daha çox Rusiyaya oxşamaq istəyir, yoxsa avropalı olmağa çalışır”.

Avropa Parlamentində müzakirələr bu gün Bakı vaxtilə 18 00-da başlanmalıdır. Oxucularımıza ən son məlumatları çatdıracağıq. Bizi izləyin!
XS
SM
MD
LG