Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:29

Siyahılar hazırdır?


Dekabrın 22-dən başlayaraq AzadlıqRadiosuna bir neçə dairədən şikayətlər gəlib ki, bələdiyyə üzvlüyünə seçilməli olan şəxslərin siyahısı artıq hazırdır. 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən aldığımız elektron məktubda deyilir ki, dairənin bütün məntəqələrinin sədrləri, kənd icra nümayəndələri icra hakimiyyətinə çağırılıb, 11 namizədin adı seçki məntəqələrinin sədrlərinə rəsmi bildirilib və o şəxslərin mütləq seçilməsi üçün tapşırıq verilib.

Bələdiyyə seçkiləri haqqında
Şərhin var?
Gəncədən Əfqan Məmmədov adlı dinləyicimizin dediyinə görə, Gəncə-Kəpəz seçki dairəsində artıq siyahılar hazırdır, möhürlənib də. Tapşırıblar ki, sonda seçkidən həmin siyahı çıxmalıdır.

“Qaliblər arasında faizlər də bölünüb. İnandırıcı olmaq üçün hər məntəqədə namizədlərə fərqli faizlər verilib, toplananda bilinəcək ki, hərə neçə faiz alıb. Seçki fəallığı isə aşağı göstərilib, 600-800 arası, bəzi məntəqələrdə 400-500 arası».

Səbail Rayon Badamdar qəsəbə bələdiyyəsindən gələn məktubda da bələdiyyəyə seçiləcəyi iddia olunan adamların siyahısı göndərilib.

Məktub müəllifləri bu qanun pozuntusu MSK-ya müraciət etdiklərini deyirlər.

Neftçala və Kəpəz rayonlarında da hazır siyahıların olması barədə AzadlıqRadiosuna məlumat daxil olub.

Mingəçevir şəhərində 73 min seçici hüququ olan seçicilər artıq 1 gün əvvəl öz tanımadıqları namizədlərini səs verməyə getmədən “seçdilər”. AzadlıqRadiosuna daxil olan məktubda belə deyilir.

Müstəqil müşahidəçi Əfqan Məmmədov AzadlıqRadiosuna siyahı göndərib, iddia edir ki, 19 nəfərlik bu siyahı bələdiyyəyə əvvəlcədən "təyin olunmuş" adamların siyahısıdır. Siyahıda 19 nəfərdən 13-ü hakim partiyanın namizədidir.

40 saylı Kəpəz dairəsinin sədri Azad İbrahimov AzadlıqRadiosuna müsahibəsində bu məlumatı təkzib edir.

MSK-nın katibi Natiq Məmmədov AzadlıqRadiosuna deyib ki, əgər belə müraciət olubsa, araşdırılacaq. Çünki Mərkəzi Seçki Komissiyası bu vaxtacan daxil olmuş bütün şikayətləri araşdırıb.
XS
SM
MD
LG