Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:02

Hüquq müdafiəçiləri Bənənyara gedəcək


Novella Cəfəroğlu
Novella Cəfəroğlu
Bir qrup hüquq müdafiəçisi yanvarın 13-də Bənənyara gedir.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

Yanvarın 9-da hüquq müdafiəçiləri Daxili İşlər naziri Ramil Usubovla görüşüblər. Görüşdə insan haqları, o cümlədən Bənənyar hadisələri müzakirə olunub:

«O, öz fikrini dedi, biz öz fikrimizi çatdırdıq. Danışdıq ki, 13-də Naxçıvana gedək. Nazir dedi ki, gedin, o tərəfdən də soruşun, öz rəyinizi çatdırın. Dörd nəfər – mən, Çingiz Qənizadə, Səidə Qocamanlı və Səadət Bənənyarlı Naxçıvana gedib, həm Naxçıvan Daxili İşlər naziri, həm də Bənənyar camaatı ilə görüşüb bu məsələni müzakirə edəcəyik».

HƏMÇİNİN OXU:

Kimə inanasan, rəsmi ya qeyri-rəsmi mənbələrə?

Bənənyar kəndi haqqında bunları bilmək maraqlıdır
XS
SM
MD
LG