Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:46

Axır ki, Avropa İnsan Haqları Məhkəməsi sevinə bilər


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi
Axır ki, Avropa İnsan Haqları Məhkəməsi də sevincini şampan partlatmaqla qeyd edə bilər. Zarafat deyil, Rusiya kimi bir dövlətin ratifikasiya etməməsi üzündən 3 ildir ki, gecikən islahatı nəhayət ki, gerçkləşdirə biləcəklər.

47 ölkə Şura üzvü arasında hamıdan sonda olsa da, Rusiya Dövlət Duması Avropa Şurasının 14-cü protokolunu ratifikasiya etdi. Bu islahat Avropa İnsan Haqları Məhkəməsinə imkan verir ki, şikayətin yönəldiyi ölkənin nümayəndəsi olmasa da, işlə bağlı qərar verə bilsinlər.

Londondakı Avropa İnsan Haqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Filip Liçin sözlərinə görə, Rusiya 3 ildir məhz bu şərtə görə protokolu veto edirdilər. Ancaq ötən ay Avropa Şurası nazirləri Moskvayla razılığa gəldilər ki, Rusiya əleyhinə istənilən işə baxılanda bu ölkədən olan hakim iştirak edəcək.

Bu günə kimi, Avropa İnsan Haqları Məhkəməsi Rusiyaya qarşı 120 şikayətə baxıb və əksəriyyət şikayətləri təmin edib. Şikayətlərin çoxu Çeçenistanda insan haqları pozuntusuyla bağlı olub. 2006-cı ildə məhkəmə Rusiyanın şikayətçilərdən birinə 116 min dollar təzminat ödəməsinə qərar vermişdi.

120 MİNDƏN ÇOX İŞ MƏHZ BU İSLAHATIN GECİKMƏSI ÜZÜNDƏN BAXILMAQ NÖVBƏSİNİ GÖZLƏYİR

Hazırda Avropa Məhkəməsində 120 mindən çox iş məhz bu islahatın gecikməsi üzündən baxılmaq növbəsini gözləyir. Hər 4 şikayətdən biri isə - yəni 30 mini isə məhz Rusiya əleyhinədir.

«Yukos» şirkəti hökuməti onun haqlarını pozaraq müflis etməkdə ittiham edir
Belədə sual yaranır ki, nədən Rusiya siyasi hakimiyyəti öz əleyhinə işləyəcək belə bir protokolu ratifikasiya edir? Axı bu islahat Rusiyadan olan şikayətlərin sayını artıra bilər.

Dumanın spikeri Borıs Qrızlov fikirlərini dəyişmələrini bununla izah edir ki, Avropa Şurasının protokolla bağlı narahatlıqlarını nəzərə alıblar. Ancaq Rusiyadan siyasi şərhçi Nikolay Petrov deyir ki, məsələnin kökündə başqa şey var.

Petrov iddia edir ki, Avropa Məhkəməsində bu yaxınlarda «Yukos» neft şikərtinin Rusiya hökumətinə qarşı iddiasına baxlı bilər. Çünki uzun müddət idi ki, Rusiyadan olan hakim və ya Rusiya dövlətinin nümayəndəsi prosesdə iştirak etmirdi deyə, müxtəlif səbəblərlə təxirə salınan bu işlə bağlı bütün bəhanələr tükənmişdi. İddia isə kifayət qədər ciddidir. «Yukos» şirkəti hökuməti onun haqlarını pozaraq müflis etməkdə ittiham edir və 98 milyard dollar kompensasiya tələb edir.

«BÜTÜN BƏHANƏLƏR BİTDİYİNDƏN RATİFİKASİYA KARTINDAN İSTİFADƏ OLUNUB»


Nikolay Petrovun fikrincə, Rusiya hakimiyyəti qərara təsir etmək üçün Avropa Məhkəməsi üçün həyati əhəmiyyət daşıyan bu protokolu ratifikasiya edib:

- «Yukos»un işinə baxılması artıq neçə aydır ki, müxtəlif bəhanələrlə təxirə salınır. İndi bütün bəhanələr bitdiyindən ratifikasiya kartından istifadə olunub. Kreml bu yolla Avropa Məhkəməsinə yaxşı görünmək və hakimlərin gözündə Rusiyanın imicini düzəltmək istəyir.

Üstəlik, 2008-ci ildəki Rusiya-Gürcüstan savaşından sonra Moskva beynəlxalq aləmdə korlanan imicini və Qərblə münasibətlərini düzəltmək üçün bir kampaniya aparır. Bu qərar da elə kampaniyaya uyğun gəlir.
XS
SM
MD
LG