Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:32

İkinci turda Yanukoviçlə Timoşenko mübarizə aparacaq


Ukraynada keçirilən prezident seçkilərində artıq səslərin 40 faizi sayılıb
Ukraynada keçirilən prezident seçkilərində artıq səslərin 40 faizi sayılıb
Ukraynada keçirilən prezident seçkilərində artıq səslərin 40 faizi sayılıb.

Mərkəzi Seçki Komissiyasının bu gün yaydığı məlumata görə, ilkin nəticələrə görə, Regionlar Partiyasının rəhbəri Viktor Yanukoviç 37 faiz, baş nazir Yuliya Timoşenko isə 24 faiz səs toplayıb. Belə vəziyyətdə prezidentin seçilməsi üçün ikinci turun keçirilməsi lazım gələcək. İkinci tur fevralın 7-də olacaq.

Üçüncü yerdə 13 faiz səs yığmış Mərkəzi Bankın keçmiş sədri Sergey Tiqipko gedir. 2004-cü ildə narıncı inqilab zamanı hakimiyyətə gəlmiş hazırkı prezident Viktor Yuşenko isə cəmi 5 faiz seçicinin etimadını qazanıb.

HƏMÇİNİN BAX

Ukrayna prezidenti kim olacaq: Yanukoviç yoxsa Timoşenko?
XS
SM
MD
LG