Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:51

Sürücünün yol polisindən şikayəti Avropa Məhkəməsində


Soin Seydiyev AzadliqRadiosunun Bakıdakı studiyasında, 14 aprel, 2009.
Soin Seydiyev AzadliqRadiosunun Bakıdakı studiyasında, 14 aprel, 2009.
Azərbaycanda müvəqqəti qeydiyyatda olan Gürcüstan vətəndaşı Soin Seydiyev müraciət edib. Onun özünün AzadlıqRadiosuna verdiyi məlumata görə məhkəmə Azərbaycanın 1000 avro məbləğində cərimələnməsi haqqında qərar çıxarıb. Amma məbləğin bu qədər aşağı olmasından narazıdır. Ona görə də təzədən Avropa İnsan Haqları Məhkəməsinə üz tutub. Dediyinə görə ərizəsində ona dəyən maddi–mənəvi zərərin bir-neçə min avro olduğunu göstəribmiş.

Soin Saydiyevlə yol polisi arasında mübahisə ilk dəfə 2001-ci ildə Bakıya qohumlarının toyuna gələndə baş verib. Dediyinə görə maşınının qeydiyyata düşmədiyinin əsas gətirən yol polisləri ondan rüşvət tələb ediblər, buna razılaşmayıb. Polisin tərtib etdiyi protokolu imzalayanda ondan rüşvət istənilməsini protokolun arxasına yaza bilib. Bu vaxt yol polisləri güclə həmin protokolu onun əlindən alıblar və öz fikrini tamamlamağa imkan verməyiblər.

Soin Seidiyev polislərin qanunsuz hərəkət etdiyini və onların bu hərəkətindən məhkəməyə şikayət edəcəyini deyəndə vəziyyət Soin Seidiyevin ziyanına xeyli dəyişib.
Soin Seydiyev AzadliqRadiosunun Bakıdakı studiyasında, 14 aprel, 2009.

- Dedim sən mənə qanunsuz protokol yazırsan mən sizin bu hərəkətininzdən şikayət edəcəm. Bu zaman həmin polis getdi və öz polis yoldaşının paqonu qoparıb gəldi üstümə ki, sən polisin paqonunu qoparmısan.

Sonrada Avropa İnsan Haqları Məhkəməsinə gedib çıxan bu mübahisə və Soin Sadıyevin üç il sonra başına gələn daha bir neçə yol polisi əhvalarını onun öz dilindən eşidin.
XS
SM
MD
LG