Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:26

«Belə hallar hansı ölkədə baş versəydi ordu rəhbərliyi istefaya gedərdi»


«Daşkəsəndə baş verən hadisənin səhəri günü ora zəng edib məsələ ilə maraqlandım. Hazırda çox ciddi istintaq gedir, digər çox ciddi tədbirlər də görüləcək».

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclasında birinci vitse-spiker, parlamentin Müdafiə və Təhlükəsizlik Məsələləri Komitəsinin sədri Ziyafət Əsgərov belə deyib.

Bir çox millət vəkilləri ordunun vəziyyətindən narahat olduqlarını bildiriblər.

İqbal Ağazadə deyir ki dəfələrlə müraciət eləməsinə baxmayaraq ordudakı vəziyyətlə bağlı hansısa açıqlama ala bilməyib: «Belə hallar hansısa ölkədə baş versəydi ordu rəhbərliyi istefaya gedərdi, bizimkilərin isə belə cəsarəti yoxdur».

İ.Ağazadə onu da bildirib ki, belə hadisələr baş verəndə adətən bunu ölənin pisixi durumu ilə bağlayırlar.

Qüdrət Həsənquliyev ordu rəhbərliyinin Milli Məclisdə hesabat verməli olduğunu söyləyib.

Siyavuş Novruzov deyir ki, ordu cəmiyyətin bir hissəsi olduğundan burada da cinayət hadisələri baş verir. O, deputat həmkarlarından fərqli olaraq ordu rəhbərliyinin parlamentdə deyil Ali Baş Komandana hesabat verməli olduğunu bildirib.

Yanvarın 28-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 2 əsgər avtomat silahdan atəş açarıq 4 hərbçini qətlə yetirib, ikisi isə yaralayıblar. Sonra həmin əsgərlər özlərini də güllələyib öldürüblər.

HƏMÇİNİN BAX

Hərbi hissədəki qətliamın bilinməyən məqamları

Ölən, yaralanan və bir-birini öldürən hərbçilərin adları açıqlandı

Mövzu ilə bağlı fikirlərinizi burada bildirə bilərsiniz
XS
SM
MD
LG