Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:04

Baş redaktor məhkum edildi


Əyyub Kərimov qərarla razı deyil və apellyasiya şikayəti verəcək
Əyyub Kərimov qərarla razı deyil və apellyasiya şikayəti verəcək
Fevralın 3-də Yasamal rayon Məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyi ilə daxili işlər naziri Ramil Usubovun «Femida 007» qəzetinin baş redaktoru və vəkil Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə qərar çıxarılıb. Hakim Kərimovu Cinayət Məcəlləsinin 147.2-ci maddəsi üzrə təqsirli bilib. O, aylıq qazancının 15 faizi tutulmaqla, 18 ay müddətinə islah işlərinə məhkum edilib. Bu barədə «Turan»a daxili işlər nazirinin məhkəmədəki nümayəndəsi Əlirza Həbilov bildirib.

Öz növbəsində, Əyyub Kərimov Turana bildirib ki, qərarla qətiyyən razı deyil və apellyasiya şikayəti verəcək. «Bu qərar peşə fəaliyyətimin qarşısının alınmasına yönəlib», deyə Kərimov qeyd edib.

Nazir Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) iddia qaldırıb və baş redaktorun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Usubovun iddiasına səbəb Kərimovun «Azadlıq» qəzetinə müsahibəsində DİN-də cinayətkar birliklər olması və nazirin bundan kənarda qala bilməməsi barədə ifadələri olub. Öz növbəsində, Kərimov hesab edir ki, ona qarşı irəli sürülmüş ittihamlar əsassızdır və o, yalnız polis orqanlarının fəaliyyətini tənqid edib.
XS
SM
MD
LG